Ağacların gövdəsi süni örtükdən təmizlənib

Ağacların gövdəsi süni örtükdən təmizlənib 19 İyun 2021, 13:29
Sumqayıt şəhəri, Spartak adına mini futbol meydançasının qarşısında ağacların gövdəsinin süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Araşdırma zamanı sözügedən ünvanda 4 şam ağacının gövdəsinin stadionun işçiləri tərəfindən bəzək məqsədilə süni örtüklə örtüldüyü müəyyən edilib. Mütəxəssislər tərəfindən ağaclara keçirilən baxış zamanı ağacların bioloji inkişafda olduğu məlum olub.

Xidmətin əməkdaşlarının nəzarəti altında stadion işçiləri tərəfindən ağacların gövdəsi süni örtükdən təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.

Alət çubuğuna keç