Tanınmış jurnalist Qubadlıda çəkdirdiyi şəkilləri paylaşdı



    Sabaha-inamla.az xəbər verir ki, tanınmış jurnalist-Sabaha-inamla.az xəbər portalının baş redaktoru  Namiq Məmmədli Qubadlı rayonunda çəkdrdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.
O, “Şükürlər olsun ki, 28 ildən sonra  Rəşadətli ordumuz düşməni işğal olunmuş torpaqlarımızdan qovub çıxardı” başlıqlı paylaşmasında bu sözləri yazıb: “1993-cü ildə Qubadlı rayonuna əsgərlərə baş çəkməyə getmişdik. Onda 26 yaşım var idi. Həmin vaxtı ermənilər rayonu toplardan, raketlərdən atəşə tuturdular. Çox təhlükəli vəziyyət idi. Ermənilərin atdığı qradlar evləri dağıdır, obyektlərə ziyan vururdu.İnsanlarda qorxu yox idi. Biz Başarat yüksəkliyində əsgərlərin məskunlaşdığı hərbi hissədə olduq, onlarla görüşdük, apardığımız yardımları onlara təqdim etdik, problemləri ilə maraqlandıq. Sonra mərhum Əlyar Əliyevin komandir olduğu hərbi hissədə olduq, əsgərlərlə görüşdük. Birdə rayondakı xəstəxanaya gedib yaralı əsgərlərə baş çəkdik. İnanmaqzdıq ki, rayon bizdən sonra qısa bir vaxtda mənfur ermənilər tərəfindən işğal olunar.
Şükürlər olsun ki, 28 ildən sonra  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli ordumuz düşməni işğal olunmuş torpaqlarımızdan qovub çıxardı. Eşq olsun Azərbaycan Prerzidentinə, Azərbaycan ordusuna. Allah qazilərimizə can sağlığı, şəhidlərimizə də rəhmət eləsin!”
Sabaha-inamla.az


[ad_2]

Alət çubuğuna keç