ERMƏNİ MİLLƏTÇİLƏRİNDƏN ÇOX ERMƏNİ, NASİSTLƏRDƏN ARTIQ FAŞİST OLANLAR

ERMƏNİ MİLLƏTÇİLƏRİNDƏN ÇOX ERMƏNİ, NASİSTLƏRDƏN ARTIQ FAŞİST OLANLAR

Əziz dostlar,
Təqdim edilən şəkilə diqqətlə baxın.
Solda İsveçrədə yaşayan erməniləri görürsünüz. Əllərində şüarlar, Ermənistanın bayraqları ilə görüş keçirən ABŞ və Rusiya prezidentlərinə Azərbaycana təzyiq etməyə, Qarabağ məsələsində İrəvanın mövqeyini dəstəkləməyə çağırışlar edirlər. Danışıqlarında bircə dəfə də olsun nə Paşinyanın, nə də Ermənistan hakimiyyətini təmsil edənlərin ünvanına təhqir, yaxud hansısa fikir səsləndirirlər. Sadəcə və sadəcə dünyanın iki güclü dövlətinin liderlərini Azərbaycana qarşı addımlar atmağa dəvət edirlər…
Sağda isə özünü azərbaycanlı adlandıran Manaf Cəlilzadə, Elşad Məmmədov, Vidadi İsgəndərli kimilərin də eyni ölkədə aksiya keçirdiyini görürsünüz. Çox maraqlıdır ki, bu adları çəkilənlər azərbaycanlı olsalar da, eyni ilə ermənilərin mövqeyindən çıxış edirlər. Danışıqları, şüarları sanki ermənilər tərəfindən hazırlanaraq, onların əllərinə verilmişdi. Prezident İlham Əliyevin ünvanına təhqir söyləyir, ABŞ dövlət başçısından Azərbaycana təzyiq etmək üçün yalvarırdılar. Ara-sıra isə Rusiya prezidenti Putinin ünvanına da ifadələr işlədirdilər…
Əslində, Manaf Cəlilzadə, Elşad Məmmədov, Vidadi İsgəndərli kimilərin Putinin ünvanına dedikləri də ermənilərin sifarişidir. Çünki ermənilərdə mövcud olan anti-Rusiya əhval-ruhiyyəsi bunu diktə edir. Onlar xarici ölkədə, sivil qaydada keçirdikləri aksiyada siyasi etikadan kənar ifadələr işlətmək fikrində olmadıqlarından, demək istədiklərini özünü azərbaycanlı adlandıranların dili ilə səsləndirirlər…
Belə bir vəziyyətdə çox haqlı bir sual ortaya çıxır: bir azərbaycanlı necə ola bilər ki, xarici ölkənin ərazisində öz dövlətinin və xalqının əleyhinə fikirlər səsləndirsin, torpaqlarını işğal etmiş, xalqını terrora, soyqırımına məruz qoymuş düşməni ilə eyni mövqedən çıxış etsin, onların sifarişlərini yerinə yetirsin? Yəni, Vətəni, xalqı satmaq Manaf Cəlilzadə, Elşad Məmmədov, Vidadi İsgəndərli kimilər üçün bu qədərmi asan imiş? Doğrudur, dəfələrlə şahidi olmuşuq ki, Vidadi İsgəndərli çıxışlarında “Qarabağda müharibə başlasa, mən əlimdə avtomat ermənilərə deyil, İlham Əliyevə hücum edərəm” deyib. Əslində, özünün erməni xislətini nümayiş etdirib. Bəs, yaxşı Vətəni, xalqı düşmən ayağına vermək bu qədərmi asan oldu, bu özünü azərbaycanlı adlandıran Manaf Cəlilzadə, Elşad Məmmədov, Vidadi İsgəndərli kimilər üçün? Yəni, bircə dəfə də olsun vicdanları sızlamadımı ki, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə günahsız insanlar, uşaqlar onların bu gün müdafiə etdikləri ermənilər tərəfindən qətlə yetirilib?
Ümumiyyətlə, kimlərsə hakimiyyətlə eyni görüşləri, fikirləri bölüşməyə bilər, müxalifətdə də ola bilər, amma Vətəni və xalqı düşmənə satmaq mümkün olan məsələ deyil. Vətəni o adamlar satırlar ki, onların Vətəni yoxdur. Görünür, elə erməni millətçilərindən çox erməni, nasistlərdən artıq faşist olan Manaf Cəlilzadə, Elşad Məmmədov, Vidadi İsgəndərli kimilərin də Vətəni yoxdur. Əgər Azərbaycan onların da Vətəni olsaydı, çox asanlıqla ermənilərə xidmət etməz, onların sifarişi ilə oturub-durmaz, erməni terror əleyhinə hər gün aksiya edərdilər…
Alət çubuğuna keç