Mingəçevirdə quruculuq və abadlıq işləri davam edir.

Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin əməkdaşları tərəfindən şəhərimizdə quruculuq işləri çərçivəsində şəhərimizin prospekt və küçələrinin, park və xiyabanlarının, ətraf sel-su kanallarının abadlıq və təmizlik işləri yaz mövsümü ilə əlaqədar davam edir.

Davam edən quruculuq və abadlıq işləri çərçivəsində Mingəçevir şəhəri ərazisində:
– Şəhər dəniz çimərliyində yay mövsümü ilə əlaqədar cari təmir-bərpa işləri,
– Nərimanov, Qaçaq Nəbi küçələrində və Şəfa Bağlar Yaşayış Massivində olan ərazinin ot-alaqdan, məişət tullantılarından təmizlənməsi,
-Samux küçəsindən keçən köməkçi sel-su kanalının palçıq, lil, ot-alaqdan, məişət tullantılarından təmizlənməsi,
-“Şabran” MMC tərəfindən Heydər Əliyev prospekti və Şah İsmayıl Xətai küçəsi, Toxucular Məhəlləsi yataqxanası ərazisi ətrafında narahat yollara və piyadalar üçün səkiyə asfalt tökülməsi, asfalt tökülməsinə hazırlıq və səki daşlarının quraşdırılması işləri görülmüşdür,
– Fidail Abdullayev küçəsində (dəniz yolu) şəbəkəli sel-su xətlərinin təmizlənməsi və həmin küçədən keçən (balıq zavodu qarşısı) köməkçi sel-su kanalının təmizlənməsi və daşınması
İşlərin getdiyi əraziyə MKTİB-nin Baş Mühəndisi Yaşar Məmmədov, Sahə rəisləri Əhmədov Cavanşir, Quliyev Mənsur, Hüseynov Fəxrəddin, Topoqraf Qocayev Sənan nəzarət edir.
MKTİB-nin Mətbuat Xidməti
Alət çubuğuna keç