Xankəndində qəzəbli kütlə Arayikin ofisinə hücum etdi

Bu gün Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Arutyunyana qarşı etiraz aksiyası keçirilib.

Xankəndində baş tutan mitinqdə meydana toplanan etirazçılar Arutyunyanı «rəhbər»likdən öz xoşu ilə uzaqlaşmağa çağırıblar. Buna səbəb isə, Arayikin Ermənistandakı seçki günündə Nikol Paşinyanın qərargahında olması, onu dəstəkləyib təbrik etməsi göstərilib.

Qondarma rejimin rəhbərini xain adlandıran nümayişçilər qarışıqlıq yaradıblar. Qəzəbli kütlə Arutyunyanın oturduğu ofisə hücum edib. Yerli “Hraparak” qəzetinin yaydığı məlumata görə, Arutyunyana sabah saat 19:00-a kimi vaxt verilib.

«Qarabağdakı etirazçılardan biri bizimlə söhbətində deyib — insanlar çox qəzəblidirlər, biz çoxdandır ki, dözürdük. İndi səbir kasamız daşıb. Görünür, sabah Xankəndində daha böyük nümayişlər baş tutacaq», — deyə məqalədə yazılıb.

Mənbə: Qazet.az

Alət çubuğuna keç