Robert və Serj yeni çirkin plan hazırlayır – Voronenko

Robert və Serj yeni çirkin plan hazırlayır – Voronenko.

Robert Köçəryan və Serj Sərkisyan gizli plan üzərində işləyirlər. Bu tandem ən çirkin yollara əl ataraq, Ermənistanda çaxnaşmalar yaradıb, hakimiyyəti özlərinə qaytarmağa çalışacaq.

Bu sözləri ukraynalı politiloq Aleksey Voronenko bildirib.

“Köçəryan və Sərkisyan bir müddət kölgədə qalacaq, sonra isə Rusiyadakı kriminal dairələrin dəstəyi ilə həm Ermənistan, həm də bütün region üçün böyük fəsadlara gətirib çıxara biləcək planı həyata keçirməyə başlayacaqlar. Birincisi, onlar Qarabağda öz imkanlarından istifadə edərək həm Rusiya sülhməramlılarına, həm də Azərbaycan Silahlı Qüvvələrinə qarşı müxtəlif təxribatlar təşkil etdirə bilərlər. Bütün “atılan daşlar” isə Ermənistan hökumətinə tərəf uçacaq, çünki Serj və Robert öz çirkin əməllərindən sonra iz saxlamayacaqlar”, – deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, Köçəryan və Sərkisyan azadlıqda qaldıqca, region saat mexanizmli bir partlayıcı qurğunun üzərində durmuş kimi olacaq:

“Nikol Paşinyana qarşı sui-qəsd də təşkil edilə bilər. Bu tandemin “dostluğunda” oxşar terror aktları təşkil edə bilənlər az deyil. Köçəryan və Sərkisyana Qafqazda sülh, qonşuları ilə dostluq edən, çiçəklənən Ermənistan lazım deyil. Qafqazda xaosu rahat idarə etmək üçün onlara yeni Suriya lazımdır”.

Alət çubuğuna keç