“Avro 2020”: F qrupundan səkkizdəbirə Fransa, Almaniya və Portuqaliya milliləri yüksəlib

Bakı, 24 iyun,

yunun 23-də “Avro-2020″nin F qrupunda oynanılan Portuqaliya-Fransa və Macarıstan-Almaniya görüşləri ilə 16-cı Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.

Hər iki görüş 2:2 hesabı ilə başa çatıb.

Portuqaliya və Fransa millilərinin Budapeştdəki “Puşkaş Arena”da oynanılan qarşılaşmasında qeydə alınan dörd qolun üçü 11 metrlik cərimə zərbəsindən vurulub. Belə ki, Kriştiano Ronaldo matçın 31-ci və 60-cı dəqiqələrində 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetirib. Fransızların hücumçusu Karim Benzema 45+2-ci (11 metrlik cərimə zərbəsi) və 47-ci dəqiqələrdə fərqlənib.

Münxendə keçirilən digər oyunda Almaniya hesabda iki dəfə geri düşməsinə baxmayaraq, heç-heçə edərək səkkizdəbir finala yüksəlməyə nail olub. Belə ki, Macarıstan millisi matçın 11-ci və 68-ci dəqiqələrində Adam Szalai və Şaferin qolları ilə hesabda irəli çıxsa da, Almaniya 66-cı dəqiqədə Havetsin, 84-cü dəqiqədə isə Qoretzkanın sayəsində hesabı bərabərləşdirib.

Beləliklə, Fransa 5 xalla F qrupunun lideri kimi səkkizdəbirə vəsiqə qazanıb. Aktivində 4 xal olan Almaniya ikinci, Portuqaliya isə üçüncü yeri tutaraq qrupdan çıxıb. Macarıstan isə 2 xal toplayaraq çempionatda mübarizəni dayandırıb.

Fransa səkkizdəbir finalda İsveçrə, Almaniya millisi İngiltərə, Portuqaliya isə Belçika ilə qarşılaşacaqlar. Avropa çempionatının səkkizdəbir final mərhələsinə iyunun 26-da start veriləcək.

Alət çubuğuna keç