Azərbaycan Avropa İttifaqı ölkələrinə məhsul ixracını artırıb

Azərbaycan Avropa İttifaqı ölkələrinə məhsul ixracını artırıb.

Bakı, 24 iyun,

Yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 3 milyard 670 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 21,8 milyon dollar çoxdur.

Cari ilin 5 ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 860,1 milyon dollar olub.

Alət çubuğuna keç