Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi

Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin Təmir-Tikinti, Mənzil Bağlar Kommunal Xidməti, Sel-Su Kanallarının və Yeraltı Sel Sularından Mühafizə Quyularının İstismarı Sahələrinin işçiləri tərəfindən quruculuq işləri çərçivəsində şəhərimizin prospekt və küçələrində, park və xiyabanlarında, sel-su kanallarında abadlıq və təmizlik işləri yay mövsümü ilə əlaqədar davam edir. Davam edən quruculuq və abadlıq işləri çərçivəsində Mingəçevir şəhəri ərazisində:
– Heydər Əliyev prospekti (Avtovağzal istiqaməti) Mingəçevir kəndi ərazisindən keçən sel-su kanalının palçıq, lil, ot-alaqdan, məişət tullantılarından təmizlənməsi;
– Heydər Əliyev prospekti, Qaçaq Nəbi, Nəsimi, Məhəmmədhüseyin Şəhriyar, Müslim Maqomayev, İslamzadə, “20 Yanvar, Günəş, Şah İsmayıl Xətai, Sahil və Samux küçələrində olan ərazinin ot-alaqdan, məişət tullantılarından təmizlənməsi;
– “Şabran” MMC tərəfindən Heydər Əliyev prospekti və Şah İsmayıl Xətai küçəsi, Toxucular Məhəlləsi yataqxanası ərazisi ətrafında narahat yollara və piyadalar üçün səkiyə asfalt tökülməsi, asfalt tökülməsinə hazırlıq və səki daşlarının quraşdırılması işləri;
– Şəhər dəniz çimərliyində yay mövsümü ilə əlaqədar cari təmir-bərpa işləri;
– Kür çayı hövzəsinin yosunlardan, məişət tullantılarından təmizlənməsi işləri davam edir.
İşlərin getdiyi əraziyə MKTİB-nin Baş Mühəndisi Yaşar Məmmədov, Sahə rəisi Əhmədov Cavanşir, Mühəndislər Quliyev Mənsur, Hüseynov Fəxrəddin, Topoqraf Qocayev Sənan nəzarət edir.
Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin Mətbuat Xidməti
Alət çubuğuna keç