Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyini

Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin əməkdaşları tərəfindən şəhərimizdə quruculuq işləri çərçivəsində şəhərimizin prospekt və küçələrinin, park və xiyabanlarının, ətraf sel-su kanallarının abadlıq və təmizlik işləri yay mövsümü ilə əlaqədar davam edir. Davam edən quruculuq və abadlıq işləri çərçivəsində Mingəçevir şəhəri ərazisində:
– 20 Yanvar, Günəş, Fərruxov, Şəfəq, Sahil və Kür küçələrində olan ərazinin ot-alaqdan, məişət tullantılarından təmizlənməsi;
-“Şabran” MMC tərəfindən Heydər Əliyev prospekti və Şah İsmayıl Xətai küçəsi, Toxucular Məhəlləsi yataqxanası ərazisi ətrafında narahat yollara və piyadalar üçün səkiyə asfalt tökülməsi, asfalt tökülməsinə hazırlıq və səki daşlarının quraşdırılması işləri görülmüşdür,
İşlərin getdiyi əraziyə MKTİB-nin Baş Mühəndisi Yaşar Məmmədov, Sahə rəisləri Əhmədov Cavanşir, Quliyev Mənsur, Hüseynov Fəxrəddin, Topoqraf Qocayev Sənan nəzarət edir.
MKTİB-nin Mətbuat Xidməti
Alət çubuğuna keç