Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq Vətənə geri dönüb

Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq Vətənə geri dönüb.
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlar Nurəliyev Rauf Bəhman oğlu, Musayev Gündüz Sabir oğlu, Abdurrəhmənov Nicat İlqar oğlu, Muradov Turan Xudat oğludur.
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Həmin qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.
Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin Mətbuat Xidməti
Alət çubuğuna keç