Vətəndaşlara icbari tibbi sığorta xidməti göstərəcək özəl klinikaların sayı artırılacaq

Vətəndaşlara icbari tibbi sığorta xidməti göstərəcək özəl klinikaların sayı artırılacaq.

Özəl tibb müəssisələrinə, eyni zamanda təsssərrüfat hesablı tibb müəssusələrinə yalnız TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən alınan göndərişlə müraciət etdikdə tibbi xidmətlərdən pulsuz istifadə etmək olar”.

Məlumata görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası” mövzusunda çıxışında deyib. O bildirib ki, əks halda vətəndaş öz arzusu, istəyi ilə ora müraciət edibsə, tibbi xidmətlərin dəyərini ödəməlidir:“Hazırda siyahıda olan 13 özəl tibb müsəssisəsi ilə Agentliyin müqaviləsi var. Bu tibb müəsssilərinin siyahısı daim yenilənir. Bugünlərdə Agentlik iki yeni tibb müəssisəsi ilə də müqavilə bağlamalıdır. Ehtiyaclara uyğun olaraq bu tibb müəssisələri yenilənir. Müqavilələrin əsas səbəbi odur ki, Xidmətlər Zərfində olan bəzi tibbi xidmətlərin dövlət xəstəxanalarında hər hansı səbəbdən göstərilməsi mümkün deyil. Yəni, dövlət tibb müəssisələrində göstərilməyən tibbi xidmətlərin göstərilməsi üçün özəl klinikalara göndəriş verilir”.

Alət çubuğuna keç