Avstraliyada dünyanın ən böyük radioteleskopunun inşasına başlanılıb

Avstraliyada dünyanın ən böyük radioteleskopunun inşasına başlanılıb
SKA (Square Kilometre Array) layihəsinin iştirakçısı olan dövlətlər eyniadlı radioteleskopun inşası layihəsini rəsmən təsdiqləyiblər.
Avropa Astronomiya Cəmiyyətinin (EAS) illik görüşündə çıxış edən layihə rəhbərləri Avstraliyanın qərbində yerləşəcək radioteleskopun inşasının 2028-ci ildə başa çatacağını deyib.
“Bu anı 30 ildir gözləyirdik. Planetimizdəki ən böyük elmi obyektin inşasına sərmayə qoymaqla bəşəriyyət növbəti nəhəng sıçrayışı həyata keçirib. Kainatın bir çox sirrini öyrənməkdə bizə kömək edəcək ən böyük və ən mürəkkəb iki radioteleskop quracağıq”, – deyə SKA rəsədxanasının Baş direktoru Filip Daymond bildirib.
Onun sözlərinə görə, ötən həftə rəsədxananın yeddi iştirakçı ölkəsi – Avstraliya, Çin, İtaliya, Niderland, Portuqaliya, Cənubi Afrika Respublikası və Böyük Britaniya tikinti planlarını rəsmən təsdiqləyib. Üzv ölkələr teleskopun inşasına və istismarına 2 milyard avrodan çox vəsait ayıracaq.

Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin Mətbuat Xidməti
Alət çubuğuna keç