30 illik işğaldan sonra Kəlbəcərdə – ilk bal.

30 illik işğaldan sonra Kəlbəcərdə – ilk bal.

Kəlbəcər rayonundan olan arıçılar uzun həsrətdən sonra doğma yurdlarına qayıdaraq, burada yenidən öz təsərrüfatlarını qurublar.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin bir müddət öncə Qoçdaş yaylağına köçürülməsi həyata keçirilib. Pilot layihəyə uyğun olaraq seçilmiş kəlbəcərli fermerlərə və “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatları üzrə 10 min baş xırdabuynuzlu heyvan və 500 arı ailəsi Daxili İşlər Nazirliyinin Kəlbəcər komendantlığı ilə birlikdə dislokasiya üzrə yerləşdirilib.
Qısa müddət keçməsinə baxmayaraq, Kəlbəcər balının yaylaqda ilk süzümünə başlanılıb və arı təsərrüfatlarında bol məhsul götürülüb.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç