Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Amerikanın nüfuzlu nəşri vasitəsilə Ermənistanı sülhə çağırıb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Amerikanın nüfuzlu nəşri vasitəsilə Ermənistanı sülhə çağırıb.
Amerikada çıxan “The Washington Times” nəşrində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistan ilə Azərbaycan arasında əməkdaşlıq və sülh haqqında” sərlövhəli məqaləsi dərc olunub.

Prezidentin köməkçisi 1970-ci illərdə SSRİ və ABŞ arasında soyuq müharibənin qızğın dövründə gərginliyin azaldılması ilə paralel apararaq, Ermənistanla Azərbaycan arasında qarşılıqlı xoş məramlı aktlar barədə söhbət açıb. Bu aktlar həbs edilən 15 erməni diversant ilə minalanmış sahələrin xəritəsinin dəyişdirilməsində ifadə olunub. Hikmət Hacıyev qeyd edib ki, Ermənistanda parlament seçkilərindən sonra iki dövlət arasında etimada əsaslanan münasibətlərin qurulmasına doğru növbəti addımın atılması vaxtı çatıb. Bu addım nəticəsində diplomatik irəliləyiş əldə ediblər və qarşıdurma əməkdaşlığa çevrilə bilər.
Hikmət Hacıyev məqaləsini bu sözlərlə yekunlaşdırır: “Azərbaycanda həmişə belə anlayış mövcud olub ki, əgər Ermənistan həqiqətən sülhün bərqərar olunmasında maraqlıdırsa, o halda regional layihələrdən bəhrələnə bilər. Buna görə də gəlin, Cənubi Qafqazı sülh regionuna çevirək”.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç