“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 110-cu kitabı çapdan çıxıb.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 110-cu kitabı çapdan çıxıb.

Çoxcildliyin bu kitabındakı materiallar 2021-ci ilin fevral-mart aylarını əhatə edir. Həmin dövr ölkəmizin həyatında bir çox önəmli hadisələrlə zəngin olub. Bunlardan biri də Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransıdır. Xocalı soyqırımının ildönümündə dörd dildə dörd saat davam etmiş mətbuat konfransında dövlətimizin başçısı Ermənistana və onun himayədarlarına aydın və birmənalı mesajlar verib, Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyini bəyan edib. Həmçinin Vətən müharibəsində qazanılmış Zəfərdə Azərbaycanda yaşayan müxtəlif xalqların rolunu yüksək dəyərləndirərək deyib: “Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var”.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç