Şamaxının 20-dək icra nümayəndəliyində taxıl biçini başa çatıb.

Şamaxının 20-dək icra nümayəndəliyində taxıl biçini başa çatıb.

Şamaxı rayonunun 20-dək icra nümayəndəliyində taxıl biçini başa çatıb və bu mühüm kampaniya hazırda şimal dağlıq ərazilərində sürətlə davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, cari mövsümdə 40 min 440,3 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 30 min 620,5 hektarı buğda, 9819,8 hektarı isə arpadır. İndiyədək zəmilərin yarıdan çoxu – 25 min 395 hektarı biçilib. Biçilən sahələrdən 52 min 570,7 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 21,3, arpa sahələrində isə 20,8 sentnerdir.
Hazırda, rayonda biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün zəmilərə 30-dək kombayn çıxarılır.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç