Bu gün müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinə start verilir

Bu gün müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinə start verilir
Bu gün 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinə start verilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. 19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.
Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Qeyd edək ki, müsabiqəyə müraciət edənlərdən 1559 nəfər elektron ərizəsini təsdiq etməyib. 1512 nəfərin elektron ərizəsinə daxil etdiyi məlumatlar müsabiqə şərtlərinə uyğun olmadığı üçün imtina verilib. 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.
Xatırladaq ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin keçiriləcəyi tarix və imtahan mərkəzi barədə məlumatlar göndərilib.
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov

Alət çubuğuna keç