Erməni irqçiləri Fransa rəsmi orqanlarının himayəsindədir

Erməni irqçiləri Fransa rəsmi orqanlarının himayəsindədir
Ermənilər tərəfindən irqi, afrofobiya zəminində qətl törədildi. Bu qətl çox qəribə bir sükutla əhatə olundu. Qətli ört-basdır etməyə çalışdılar. Sanki erməni bandası qaradərili adamı öldürə bilər. Fransa siyasi sinfi isə bu qətlə susur. Bir anlıq bunun əksini təsəvvür edək. Əgər qaradərili insan kimisə qətlə yetirsə idi, immiqrasiya haqqında bitməz-tükənməz “ekstravaqant” bəyanatlar səsləndirilərdi.
Fransa kimi ölkədə soyqırımı qurbanı olduqlarını iddia edən ermənilər dərisinin rənginə görə insanı öldürür və bu heç kimi narahat etmir, heç kim reaksiya vermir.
Bu fikirləri Fransada Qara Afrika Müdafiəsi Liqasının (LDNA) prezidenti Equnçi Behanzin (Egountchi Behanzin) Sənt-Etyen şəhərində bir qrup erməninin qəddarlıqla qətlə yetirdiyi qambiyalı gənc- Yusuf haqqında “Musulmanenfrance” portalına müsahibəsində deyib. Cari il mayın 26-da 28, 32 və 62 yaşlı üç erməni tərəfindən amansızlıqla, görünməmiş zorakılıqla qətlə yetirilən Yusuf haqqında məlumat verərək, həmin ermənilərin “silahla kollektiv qətlə yetirmə” ittihamı ilə mühakimə olunduğunu deyib.
LDNA-nın prezidenti vurğulayıb ki, ermənilərin törətdiyi qətlin irqçi mahiyyəti hələ prokurorluq tərəfindən bu günə qədər təsdiqlənməyib. Ancaq yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı videolarda erməni təcavüzkarlar “Çirkli qara! Çirkli zənci! Səni qanına qəltan edəcəyik!” dedikləri aydın eşidilir. Həmçinin, təcavüzkar erməni bu təhqirlə kifayətlənməyib, yerdə qanı içində çabalayan qambiyalı gəncin başına təpiklə vurur.
LDNA-nın erməni bandasının törətdiyi bu qatı cinayəti yaymasa, qambiyalı gəncə görə ədalət tələb etməsə və insanları nümayişə çağırmasa idi, ermənilərin bu cinayət aktı ictimailəşməyəcəkdi. Bəzi qüvvələr, xüsusilə də erməni icmasının çox olduğu Sənt-Etyen şəhərinin bələdiyyə rəhbəri Qael Perdrio erməni icmasının seçkilərə təsirini nəzərə alaraq, ermənilərin bu cinayətini ört-basdır etməyə çalışır və onun irqçi mahiyyətinin söylənilməsini istəmirdi. Ancaq yüz minlərlə insan nümayiş edərək, ayrı-seçkiliyə etirazlarını bildirib və qambiyalı gənclə bağlı ədalət tələb etdilər.
Equnçi Behanizin diqqətə çatdırıb ki, hətta şəhər bələdiyyə rəhbəri ilə əlaqəsi olan bəzi məmurlar da ermənilərin törətdiyi bu amansız qətlin irqçi, afrofobiya mahiyyətini ört-basdır etməyə çalışıblar. “Sənt-Etyenin bələdiyyə rəhbəri məsələ ilə bağlı Qara Afrika Müdafiə Liqasına (LDNA) söz verməmək üçün göstəriş vermişdi. Bunun səbəbin çox tez başa düşdük. Soyqırımı qurbanı olduqlarını iddia edən ermənilərin irqçi cinayət törətməsi ermənilərə böyük bir ləkədir. Sənt Etyenin meri isə erməni seçicilərini müdafiə edir. Sənt Etyen regionunda erməni icması güclüdür. Buna görə də bələdiyyə rəhbəri bu qətlin irqçilik, afrofobiya mahiyyətini gizlətməyə, onu içkili şəxslərin törətdiyi sadə şiddət kimi tanınmasına çalışırdı.
Ancaq bir insanı afrofobiya təhqirləri ilə bıçaqlamaq, üstəlik yerdə qan içində olan yaralı insanın başına təpiklə vurmaq, şahidlərin ona kömək göstərməsinə mane olmaq sadə zorakılıqdırsa, onda irqçi cinayət necə olur?
Dünən səfirlə fransız hüquqçularının yanında idik. Ancaq tam sükutdur. Yusufun cəsədi hələ də ailəsinə verilməyib. Cəsədin hələ də ailəyə qaytarılmamasına dair bəzi şübhələr var.
Fransanın qanununa əsasən sağlığında orqanlarının çıxarılmasını istəməməklə bağlı sənəd imzalamasa, fransız dövlətinin bunu avtomatik olaraq etmək hüququ var. Belə bir ehtimal var ki, əgər Yusufun cəsədi ailəsinə verilməsyibsə, deməli onun orqanları götürülüb. Biz cəsədin onun ölkəsinə göndərilməsini tələb edirik. Yusuf müsəlmandır və müsəlmanlarda ölünü ləyaqətlə dəfn etmək çox vacibdir”,-deyə LDNA-nın prezidenti qeyd edib.
Diqqətə çatdırıb ki, afrikalılar heç kimə hücum etmir. Bəzən onları ekstremist olmaqda günahlandırırlar. Ancaq həqiqət həmişə ekstremistdir! Həqiqəti söyləyəndə, həmişə kimlərisə narahat edir. “Özümüzü müdafiə etməkdə bizə mane olmaq istəsələr, onda gərək bizə qarşı zorakı təcavüz edən icmaları da görsünlər, onlara da zorakı olmamağı öyrətsinlər”, – deyə LDNA-nın prezidenti deyib. Bildirib ki, yerli hakimiyyət qurbanları qurban olduqlarına görə günahlandırır, ancaq qurban qurban olmağı dayandırmalı deyil, təcavüzkarlar təcavüzkar olmağı və özlərini qurban kimi qələmə verməyi dayandırmalıdırlar.
LDNA-nın prezidenti Fransada ayrı-seçkiliyin sürətlə artdığını söyləyib. Qeyd edib ki, Fransa dövləti və siyasi sinfi məsuliyyətini anlamalıdırlar, ayrı-seçkiliyin artmasında onların da əli var.
Qeyd edək ki, bu yaxınlarda Afrika qitəsindən olan insanlar erməni faşizminə etiraz olaraq Sent-Etyen şəhərində 100 000 mitinq keçirmişdilər.

tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç