Tacikistan sərhədində gərginlik, hökümət KTMT-yə müraciət etdi

Tacikistan sərhədində gərginlik, hökümət KTMT-yə müraciət etdi

Taliban hərəkatının hücumlarından qaçan yüzlərlə əfqan Tacikistana sığınıb. Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayəti hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, artıq vilayətdə Əfqanıstandan Tacikistana pənah gətirən 1000-dən çox qaçqın təhlükəsiz yerlərə yerləşdirilib. Qaçqınlar əsasən qocalar, qadınlar və uşaqlardan ibarətdir.
Xatırladırıq ki, son günlər Taliban yaraqlıları Əfqanıstanın Bədəxşan əyaləti ərazisinin bir çox hissəsini tutduğundan qaçqın axınının olması gözlənilən idi.
Əfqanıstan hökuməti və bir sıra beynəlxalq təşkilat qaçqınları qəbul etdiyinə görə Tacikistan hakimiyyətinə minnətdarlığını bildirib.
Son bir neçə gün ərzində isə əfqan hərbçiləri eyni səbəbə görə Tacikistan ərazisinə keçmişdi.
Gərginliyi nəzərə alan Tacikistan höküməti kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib
tez-xeber.com Mətbuat Xidməti   Rahib Yusifov
Alət çubuğuna keç