Almaniya və Belçikada daşqınlar:

Almaniya və Belçikada daşqınlar: Azı 100 nəfər həlak olub, 1300-dən çox adam itkin düşüb

Almaniya və Belçikanın qərb əyalətlərində son dövrlərdə baş vermiş ən güclü daşqın nəticəsində itkilər barədə ilkin məlumata görə, azı 100 nəfər həlak olub, 1300-dən çox adam itkin düşüb.
BBC bu məlumatı Arvayler rayonunun administrasiyasına istinadla yayıb. Hakimiyyət orqanlarının sözlərinə görə, bu iki ölkənin əksər regionlarında hərc-mərclik yaranıb və daşqın qurbanlarının dəqiq sayını demək hələlik mümkün deyil.
Almaniyanın Reynland-Pfals və Şimali Reyn-Vestfalya əyalətləri daha çox zərər çəkib. Belçikada və Niderlandda güclü dağıntılar baş verib.
Belçikada azı 11 nəfər həlak olub. Niderlandın, Fransanın və İsveçrənin ayrı-ayrı rayonlarında suyun səviyyəsi qalxmaqda davam edir.
Alət çubuğuna keç