Nadir Şah Əfşarın fərman və məktubları Azərbaycan dilində ilk dəfə nəşr olunub

Nadir Şah Əfşarın fərman və məktubları Azərbaycan dilində ilk dəfə nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan “Nadir Şah Əfşarın fərman və məktubları” kitabı çap olunub.
Əlyazmalar İnstitutundan bildirilib ki, kitaba Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin həm hərb tarixində, həm də siyasi həyatında silinməz iz qoymuş görkəmli dövlət xadimi və böyük fateh Nadir şah Əfşarın fərman və məktublarının tərcüməsi daxil edilib.
Azərbaycan dilində ilk dəfə nəşr edilən bu sənədlərin böyük bir qismi müxtəlif əlyazma mənbələrindən seçilərək toplanıb və Əlyazmalar İnstitutunun tanınmış tərcüməçi-mütəxəssisləri – filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı və ərəbşünas-tədqiqatçı Minəxanım Şahbazova tərəfindən tərcümə olunub.
Alət çubuğuna keç