Azərbaycan Dağ Komandosu

Türkiyənin İsparta şəhərindəki Dağ Komandoları Məktəbi və Mərkəzi Təlim Komandanlığında Dağ Komando kursunu bitirən Azərbaycan ordusu hərbçilərinin buraxılış mərasimi keçirildi.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məzuniyyət mərasimində Azərbaycandan olan nümayəndə heyəti və Ankaradakı səfirliyin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik etdilər və onlara gələcək xidmətlərində uğurlar arzuladılar.

Sonda məzunlara kursu uğurla bitirdikləri barədə sertifikatlar təqdim edildi.

Alət çubuğuna keç