Lloyd Ostin – ABŞ-ın Cənubi Qafqazda Rusiyanın aktivliyindən narazılığını ifadə etdi

Tez-xeber.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Pentaqon rəhbəri Lloyd Ostin Cənubi Qafqazda 3 + 3 formatının yaradılması təklifinə münasibət bildirib.

“3 + 3 formatına gəldikdə, qeyd edərdim ki, Rusiya … yeni platformalar haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs müqaviləsinin şərtlərinə riayət etməli idi”, – Ostin Tbilisidə jurnalistin Gürcüstanın NATO-ya gedən yolda bu formatda iştirakının təsirindən sualına cavab olaraq bildirib.

Tez-xeber.com daha əvvəl yazdığı kimi, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İranın Xarici İşlər Naziri Hüseyn Əbdüllahiyanla keçirdiyi mətbuat konfransında “3 + 3 formatı, üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu Rusiya, İran və Türkiyə”nin iştirakı ilə yaradılması təşəbbüsünün müzakirə edildiyini söyləmişdi

Alət çubuğuna keç