Əhməd Vahidi: “İran və Türkiyə strateji əlaqələri genişləndirmək iradəsi göstəriblər…”

Başqalarının İran və Türkiyə münasibətlərində problem yaratmasına imkan verməyəcəyik.

Tez-xeber.com xəbər verir ki, bunu İran İslam Respublikasının Daxili işlər naziri Əhməd Vahidi deyib.

Tehrana rəsmi səfər edən Türkiyə Daxili işlər naziri Süleyman Soylu ilə görüşdən sonra mətbuat konfransı keçirən Vahidi iki ölkə arasında əlaqələrdən bəhs edib.

Türkiyə və İran arasındakı əlaqələrin hər iki xalqın maraqlarına xidmət edəcək daha dərin bir mərhələnin başlayacağını bəyan edən Vahidi deyib ki, kənar qüvvələrin İran və Türkiyə əlaqələrində problem yaratmasına izn verməyəcəklər:

“İran və Türkiyə strateji əlaqələri genişləndirmək iradəsi göstəriblər. Bu dost ölkə Türkiyə ilə əlaqələri dərinləşdirmək üçün yaxşı başlanğıcdır”.

Türkiyə Daxili işlər naziri Süleyman Soylu ilə terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi, narkotik və silah qaçaqmalçılığı mövzularında əməkdaşlıq məsələsinə dair müzakirələr apardığını ifadə edən Vahidi İsrail və ABŞ təhrifedici rolu ilə Əfqanıstandakı prosesləri də müzakirə ediblər.

 

Alət çubuğuna keç