Rusiyalı “turistlər” Antalyada meşəyə od vurarkən yaxalanıblar

Rusiyanın Baş Konsulluğundan RİA Novost -yə verilən məlumata görə, Türkiyənin Antalya şəhərində meşəni yandırmaqda şübhəli bilinən 7 rusiyalı turist saxlanılıb.

“Baş Konsulluq, 23 oktyabrda Antalya yaxınlığında Likiya Yolu boyunca gəzintiyə çıxan bir qrup rusiyalı turistin Türkiyə hüquq -mühafizə orqanları tərəfindən saxlanılması faktını təsdiqləyir. Yerli jandarma idarəsindən alınan məlumata görə, Çaglarca bölgəsindəki meşəni yandırmaqda şübhəli bilinən yeddi Rusiya vətəndaşı saxlanılıb. Yerli qanunvericiliyə uyğun olaraq, hüquq-mühafizə orqanları and içmiş tərcüməçinin iştirakı ilə işdə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı protokol tərtib ediblər”, deyə Rusiya diplomatik nümayəndəliyinin nümayəndəsi bildirib.

Türkiyə mətbuatı yazır ki, saxlanılan ruslar yanğın baş verən ərazidə od yandırıblar, ondan sonra meşədə yanğın baş verib.

Transqafqaz.com

Alət çubuğuna keç