Çavuşoğlu: İrəvandan çox müsbət siqnallar alınıb, Ankara Bakı ilə məsləhətləşmələr aparır

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu CNN Türk telekanalının efirində Ermənistanla münasibətlərin normallaşdırılması mövzusuna toxunub.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri zamanı verdiyi açıqlamaları xatırladıb.

“Biz bu məsələlərlə bağlı Azərbaycanla məsləhətləşirik. Biz Ermənistandan çox müsbət siqnallar almışıq. Biz bəyan etmişik ki, İrəvanın müsbət qərarları üçün qarşılıqlı addımlara hazırıq. Ankara Bakı ilə bu istiqamətdə hansı addımların atıla biləcəyini müzakirə edir”, – Çavuşoğlu bildirib.

Daha əvvəl keçirdiyi brifinqdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi normallaşma mexanizmlərini tapmaq üçün bu məsələləri rusiyalı həmkarları ilə müzakirə edir.

“Hesab edirəm ki, bu işə başlamaq səmərəli olardı. Həm biz, həm də Türkiyə tərəfi müsbət siqnalların olduğunu bildirdik”.

Tez-xeber.com

Alət çubuğuna keç