Vətən müharibəsi dövründə erməni cinayəti – Bərdə

Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür.

Ermənistanın 1 il əvvəl Bərdəni kasetli bombalardan atəşə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dək insan yaralanıb

Transqafqaz.com-un məlumatına görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, bundan bir gün əvvəl – oktyabrın 27-si saat 16 radələrində isə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulub.

Nəticədə 5 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

Vətən müharibəsinin gedişində – 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

Ermənistan silahlı qüvvələri Vətən müharibəsi zamanı Bərdə ilə yanaşı, Azərbaycanın digər yaşayış məntəqələrini də atəşə tutub. 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhəri raket atəşinə tutulub, 26 mülki şəxs (1 körpə, 5 uşaq, 10 qadın, 10 kişi) həlak olub, 175 nəfər yaralanıb.

Düşmənin təcavüzkar hücumları nəticəsində Goranboy rayonunda 8 mülki şəxs (2 uşaq, 5 qadın, 1 kişi) həlak olub, 12 nəfər yaralanıb, Tərtər rayonunda 17 nəfər (1 uşaq, 1 qadın, 15 kişi) həlak olub, 59 nəfər yaralanıb, Beyləqan rayonunda 2 nəfər (2 qadın) həlak olub, 5 nəfər yaralanıb, Ağcabədi rayonunda 1 nəfər (uşaq) həlak olub, 19 nəfər yaralanıb, Füzuli rayonunda 3 nəfər (3 kişi) həlak olub, 18 nəfər yaralanıb, Ağdam rayonunda 7 nəfər (1 qadın, 6 kişi) həlak olub, 47 nəfər yaralanıb, Mingəçevir şəhərində 4 nəfər, Daşkəsən rayonunda 1 nəfər, Cəbrayıl rayonunda 1 nəfər, Tovuz rayonunda da 1 nəfər yaralanıb.

Vətən müharibəsinin gedişində Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1-i körpə, 11-i uşaq, 27-si qadın, 54-ü kişi olmaqla, ümumilikdə 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Yaralananların 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 303-ü kişidir.

Ermənistan Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərinə qadağan olunmuş silahlarla hücum edərək beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozub, dinc insanları məqsədli şəkildə öldürüb, bununla da, müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədib.

Bu cinayətlərə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Alət çubuğuna keç