Türkiyənin Xarici İşlər naziri Lavrovla görüşdən sonra: “Ukrayna Bayraktar pilotsuz təyyarələrini ukraynaca adlandırsınlar…”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna Rusiya müxbiri Bayraktar pilotsuz təyyarələri ilə bağlı sual verib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 30-da Romada keçirilən G20 sammiti çərçivəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşündən sonra Ukraynanın Donbasda Türkiyədən aldığı Bayraktar döyüş pilotsuz uçan aparatlarından istifadə etməsini şərh edib.

“Cumhuriyet” qəzeti yazır ki, rusiyalı müxbirin sualını cavablandıran Çavuşoğlu, pilotsuz təyyarənin Türkiyədə istehsal olunduğunu, lakin Ukraynaya məxsus olduğunu vurğulayıb. Daha sonra Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin “Rossiya 24” kanalına verdiyi şərhi “İnterfaks” agentliyi sitat gətirib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyədə istehsal olunan silahlar başqa dövlət tərəfindən alındıqdan sonra Türkiyə məhsulu olmaqdan çıxır. O vurğulayıb ki, Türkiyənin “bu vəziyyətə görə heç bir günahı yoxdur”.

Türkiyənin Xarici İşlər naziri qeyd edib ki, Ankara terrorla mübarizə zamanı “Türk Ordusu antiterror əməliyyatı apardığı yerlərdə müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan alınmış silahlarla qarşılaşır. Amma biz Rusiyaya heç vaxt ittiham irəli sürmədik.  Ukrayna tərəfinə də təklif edirik ki, verdiyimiz PUA-ın Ukraynaca adlandırılmasına tam səlahiyyətləri vardır” Çavuşoğlu əlavə edib.

Tez-xeber.com

Alət çubuğuna keç