Nazir oğlunun Fransada 30 milyonluq villası üzə çıxdı: Formula-1-in pulları hara axıb?–VİDEO

“Azərbaycan xalqı bu məlumatları ilk dəfə eşidəcək! Baş Prokurorluq bunu niyə görmür? Görmürlər ki, ölkədən milyonları xaricə daşıyırlar? Korrupsiya ölkəni uçuruma aparır! Zülmə dözən, qəpik quruşa möhtac olan xalq, pulsuz işləyən könüllülər, milyonlar qazanan nazir oğlu!” JAMAZ.İNFO xəbər verir ki, bunu tanınmış blogger Mehman Hüseynov yeni araşdırmasında qeyd edib.

O bildirib ki, nazir oğlunun 30 milyon manatlıq villası tapıb. Hüseynov qeyd edir ki, Fransada aşkarlanan “Villa La Creole” adlanan möhtəşəm villa Azərbaycan xalqın pulları ilə tikilib. Onun araşdırmasına görə, həmin villa mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu, “Formula-1” prezdenti Arif Rəhimova məxsusdur. “Sizi yenə Fransaya, Dənizkənarı Alp dağlarını ətəyindəki mavi sahillərə aparmaq istəyirəm. Bu dəfə də yol yoldaşımız Formula-1 qəhrəmanı Arif Rəhimovdur. Keçən filmdə Arif Rəhimovun Monakoda dəyəri 5 milyon avro olan iki yaxta aldığını demişdik. Bu araşdırmamızda isə həmin yaxtaların harada lövbər salmasından söhbət açacağıq!”

Mehman Hüseynov bildirir ki, keçən araşdırmasında o, Arif Rəhimovun Monakoda 10 milyon manat dəyərində olan yaxta-gəmiləri üzə çıxartmışdı. “Bu dəfə isə Arif Rəhimovun Fransada tikdiyi möhtəşəm villanı tapmışıq! Azərbaycanda keçirilən “Formula-1” yarışması əslində kimə sərf edir? Bakıda keçirilən “FORMULA-1” idman yarışlarında könüllü işləyən gənclərin hamısını bura işarələyin! Nazir oğlu onları pulsuz işlədib özü isə Fransada milyonlarla qiyməti olan villa tikdirir. Niyə bu yarışlar vaxtı xalq əziyyət çəkməlidir, amma hansısa məmur balası buna görə milyonlar qazanmalıdır? Yadınızda olar, azərbaycanlı könüllü gənclər bütün günü günəşin altında pulsuz-parasız durub, işləyirdilər. Bax, həmin vaxtlarda nazir oğlu Arif Rəhimov Fransada özünə 15 milyon avroluq villa almışdı”.

Mənbə: JAMAZ.İNFO

Alət çubuğuna keç