Təcili: Ukraynada hərbi qarşıdurma gərginləşir. İşğalçıların hərbi texnikaları vuruldu

Ukrayna ordusu Türkiyədən aldığı “Bayraktar TB” pilotsuz uçuş aparatından Donbasda növbəti dəfə istifadə edib.

Transqafqaz.com JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, məhz  PUA-lar sayəsindəı Donbasdakı separatçılara məxsus tanklar sıradan çıxarılıb.

Rəsmi qaynaqlardan verilən məlumata görə, Telmanovka və Qorlovka rayonlarının ərazisində cəmləşən Donbas separatçılarına məxsus hərbi texnikaların yeri müəyyən edilib. Bundan sonra artilleriya atəşi ilə yanaşı, “Bayraktar”dan da istifadə olunub. Atəş nəticəsində separtatçıların xeyli sayda canlı qüvvəsi ilə yanaşı, bir neçə hərbi texnikası da məhv edilib.

Donbasdakı separatçılar da məlumatı təsdiqləyiblər. Onlar bildiriblər ki, sözügedən iki rayonun ərazisində onların hərbi texnikası vurulub. Atəşin “Bayraktar TB2”dən açıldığını güman edirlər.

Xatırlıadaq ki, Ukrayna ordusu Türkiyədən aldığı PUA-lardan oktyabrın 26-da istifadə etmişdi. Həmin vaxt Donbas separatçılarının artilleriya batareyası sıradan çıxarılmışdı.

 

Alət çubuğuna keç