Erməni ombudsman: “Ermənilər Azərbaycan Bayrağını görəndə qorxuya düşürlər”

Ermənistanın ombudsmanı, Azərbaycana xüsusi qərəzi və düşmənçiliyi ilə seçilən Arman Tonoyan mətbuat konfransı keçirərək, sərhədyanı ərazilərdəki vəziyyətlə bağlı danışıb. JAMAZ.İNFO xəbər verir ki, erməni ombudsman bir sıra mənasız və əsassız iddalarla çıxış edib.

Belə ki, o, sərhəddə Azərbaycan Ordusunun olmasını “qəbuledilməz” adlandırıb. Bununla kifayətlənməyib və deyib ki, sərhədboyu ucaldılmış Azərbaycan Bayraqları və üzərində Azərbaycan dilində yazılmış tablolar yığışdırılmalıdır. Bunu da onunla əsaslandırıb ki, ermənilər onları görəndə qorxurlar. “Sərhəd boyu hər yerdə Azərbaycan Bayrağı və üzərində Azərbaycanca yazılmış çoxlu sayda tablolar var. Ərazidə yaşayan ermənilər həmin bayraq və tabloları görərkən, ciddi qorxu və sarsıntı keçirirlər. Bunun qarşısı alınmalı, həmin bayraqlar və tablolar yığışdırılmalıdır”.

Tonoyan hər addımda Azərbaycan əsgərinin dayanmasını də öz aləmində “qanunsuzluq” hesab edib. O deyib ki, sərhəddə yaxın ərazidə fotoşəkil çəkmək üçün 2 dəqiqə dayanıblar. “Heç bir dəqiqə keçmədi ki, yaxınlıqdakı təpədə dayanan Azərbaycan əsgərləri əllərində silah, qazmalardan çıxaraq, bizə tərəf müşahidəyə başladılar”.

Qafan aeroportuna gəlincə, erməni ombudsman deyib ki, oradakı uçuş zolağı Azərbaycan Ordusunun gözünün qarşısında və bir addımlığındadır. “Qafan hava limanının uçuş zolağının düz yanında Azərbvaycan əshərinin hərbi postu var. Bu artıq təhlükə deməkdir. Çünki Azərbaycan hərbçiləri istədikləri vaxt aeroportu və ya təyyarəni vura bilər”.

P.S. Qeyd edək ki, Armçan Tonoyan xəstədir, onun əsas dərdi odur ki, Azərbaycan əsgəri sərhəddən çəkilsin. Hər addımbaşı “insan haqları pozulur” deyə sarsaqlayan bu adam necə olur ki, 30 il  hər addımda hüquları və haqları pozulan Azərbaycan insanın haqqını görməzdən gəlıir? İşi-gücü mənasız “hesabat”lar hazırlayaraq, Avropaya göndərən ombudsman bununla Azəıırbaycana təzyiq edə biləcəyini düşünür.

Qaldı, təyyarənin vurulmasına, Tonoyanın ağlı ermənilərə getməsin. Azərbaycan əsgəri heç vaxt mülki təyyarəyə atəş açmaz. Terrorçuluğu ermənilər edə bilər ki, zaman-zaman bunun çox şahidi olmuşuq.

Alət çubuğuna keç