İrəvanda Türklər ilə ermənilər dava etdilər

Noyabr ayının 1-də Ermənistanın paytaxtı İrəvan şəhərindəki gecə klublarının birində dava olub. Transqafqaz.com İrəvanda nəşr olunan “Fakt” qəzetinə istinadən xəbər verir ki, davaya səbəb gecə mklubunda əylənmək üçün gəlmiş İran vətəndaşları olan Azərbaycan türkləri ilə yerli ermənilər arasında mübahisə olub.

Belə ki, güneyli soydaşlarımız gecə klubunda əylənərək, bir neçə dəfə Azərbaycan musiqisi sifariş vermək istəyiblər. Bundan başqa, onlar öz ana dillərində danışaraq, deyib-gülüblər. Lakin hər dəfə sifarişlərini yerinə yetirməkdən imtina olunub. Bundan əlavə, bardakı ermənilər onlardan türkcə danışmamağı tələb ediblər. Hətta onları təhqir belə ediblər. Mübahisə də buradan başlayıb və tərəflər arasında əlbəyaxa davaya çevrilib.

İrəvan polisinin verdiyi məlumata əsasən davada iştirak etmiş 37 yaşlı Seyid Nurullahi, 24 yaşlı Arəş Təvvəküli, 25 yaşlı İmad Hüseynxan, 22 yaşlı Əmir Babazadə, 19 yaşlı Həsən Pəvin, 35 yaşlı Əhməd Əsgəri və 39 yaşlı Haşim saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, güneyli soydaşlarımız gecə klubunun bütün mühafizəçiləri, habelə işçilərini onlara hörmətsizlik etdiklərinə görə, döyüblər. İstintaqa verdikləri ifadələrində də bildiriblər ki, klubdakı ermənilər onların milliyyətinə, ana dilinə qarşı hörmətsizlik ediblər və bu davaya səbəb olub.

Məlumatda deyilir ki, İran vətəndaşı olan güneylilərin xəsarət yetirdikləri ermənilərin ümumi sayı 14 nəfərdən çoxdur.

Faktla bağlı cinayət işi açılsa da, saxlanılan güneylilər sərbəst buraxılıblar.

Alət çubuğuna keç