İran XİN rəhbəri: Azərbaycanla fikir ayrılıqlarımız ola bilər, amma…

Bakı ilə Tehran arasında münasibətlər müsbət mehriban qonşuluq istiqamətində davam edir. Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin hər iki tərəfin maneələri dəf etmək üçün ciddi iradəyə malik olması vacibdir. IRNA xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

İranlı nazirin sözlərinə görə, o, münasibətləri hərtərəfli inkişaf etdirmək və anlaşılmazlıqları aradan qaldırmaq üçün azərbaycanlı həmkarı Ceyhun Bayramovla təmasları və məsləhətləşmələri davam etdirmək niyyətindədir: “Bu kontekstdə biz ikitərəfli əməkdaşlığı genişləndirmək, ictimaiyyət və medianın daha yaxşı idarə olunması üçün birgə komitə formalaşdırmaq barədə razılığa gəldik”.

“Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsiplərə dəyər veririk”, – İranın Xarici İşlər Naziri deyib.

Transqafqaz.com

Alət çubuğuna keç