Terrorçu ermənilər Rusiyanı hədələdilər

Özlərini dünyaya əsrlərdir “əzabkeş xalq” kimi sırımağa çalışan ermənilərin gerçəkdə terrorçu bir toplum olduğu bir daha təsdiqləndi. Şuşa yaxınlığındakı hərbi postumuza Norayr Mirzəyan ad-soyadlı terrorçunun hücumu bu xüsusda zərrəcə təəccüblü olmadı. Öz simalarını bir daha göstərdilər.

Şuşa yaxınlığında Azərbaycan Ordusunun blok-postuna qumbara atan erməni terrorçu Norayir Mirzoyan Xankəndindəki separatçılara təhvil verilib. Onun “istintaqı”nı da elə tanınmayan separatçılar tərəfindən aparacaqları barədə məlumatlar yayılıb.

Ermənistanda Norayir Mirzoyandan “qəhrəman” obrazı yaratmağa start verilib. Onlar terrorçunu “qisasımızı alan”, atdığı qumbaranı isə “qisas qumbarası” adlandırırlar. Bundan başqa, sosial şəbəkələrdə hamının Norayir kimi terrorçuluq etməyə çağırırlar.

Erməni analitik Tevos Arşakyan isə bir qədər də irəli gedərək, təkcə, Azərbaycan tərəfini deyil, Qarabağdakı rus sülhməramlılarını da hədələyib. O yazır ki, bundan sonra hər bir erməni Azərbaycan Ordusunun Qarabağdan çıxarılmnası üçün çalışmalıdır. “Biz hər birimiz Norayir kimi, silaha qurşanmalı, ölümdən qorxmamalı və Qarabağdakı Azərbaycan əsgərlərinə hücum etməliyik. Qoy, onlar görsünlər ki, biz işğalla barışmayacağıq”.

Amma bununla da kifayətlənməyən Arşakyan terroçunun əməlini təkcə, Azərbaycana qarşı deyil, eyni zamanda, Qarabağdakı rus sülhməramlılarına da ciddi xəbərdarlıq olduğunu qeyd edib. “Bu addım təkcə, Azərbaycandan qisas almaq deyil, həm də rus sülhməramlılarına ciddi xəbərdarlıqdır. Bundan sonra onlar əgər Azərbaycanın tərəfini tutarsa, Qarabağı Azərbaycana birləşdirməyə çalışarsa, qarşısında bizi görəcək. Daha əvvəlki dövr deyil. Buradan rus sülhməramlılarını xəbərdar edirəm: Norayiri Azərbaycana təhvil versəniz, Azərbaycana yardım etsəniz, İrəvanda işləyən hər bir rus, Rusiyanın Ermənistandakı və digər ölkələrindəki səfirlikləri qisas hədəfimiz olacaq. Biz onları öldürməklə, həm qisasımızı almış olacağıq, həm də ruslara ibrət dərsi verəcəyik. Bu gündən bizim hər birimiz norayir mirzoyandır. Bundan sonra kimsə bizi aşağılaya, təhqir edə bilməz”.

1977-сi il, yanvarın 8-də Moskva metropoliteninin “İzmaylovskaya” və “Pervomayskaya” metro stansiyaları arasında vaqonda partlayış törətmiş erməni terrorçu Daşnak Zatikyanın məhkəmədə son sözündə bütöv bir toplumun xəstə olması əyani sübutudur. Məhkəmədə Zatikyan: “Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır. Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!”.

Saxta və uydurma tarixlə yaşamaq bəladır, Necə ki, həmin faciəni ermənilər yaşayır. Bu millət dünya üçün təhdiddir, təhlükədir. Çox təəssüf ki, bu terrorçu dövlətin himayədarları simasında ABŞ, Fransa və Rusiya kimi  ölkələri görürük.

Azərbaycan xalqının Vətən Müharibəsində Türkiyənin mənəvi dəstəyi və hərbi yardımı ilə dünya Beynəlxalq İmperializminə qalib gəlməsini bu yeni Xaçlı İttifaqı həzm edə bilmir. İşğalçı dövləti və terroru dəstəkləyən dövlətlərin BMT Təhlükəsizlik Şurasının (5 dövlət) üzvü olmasının heç bir hüquqi və mənəvi əsası yoxdur.

Bu səlibçilər Türkiyə və Azərbaycanın region və dünyada geopolitik situasiyanı dəyişdirdiklərini qəbul etməlidirlər. Artıq xristian zülmünün sonu yaxınlaşmaqdadır.

“DÜNYA BEŞDƏN BÖYÜKDÜR” R. T. ERDOGAN

Vahidov Qurban. Araşdırmaçı – analitik

Alət çubuğuna keç