Erməni nəşri: “50 çox yaralı, ölənlərin sayı 30 yaxın, əsir sayı 11”

Məlum olduğu kimi, bu gün Ermənistan Azərbaycanla sərhəddə təxribat törədib və qeyri-rəsmi məlumatlara görə, erməni tərəfinin böyük ərazi itkisi, eləcə də ölüləri və əsirləri var.

Erməni “Hraparak” nəşri xəbər verir ki, rus sülhməramlı qoşunları və Ermənistanda yerləşən 102-ci rus hərbi bazasının komandanlığı Ermənistan ərazisində istifadə edilən öz şəxsi telefon nömrələrini söndürüblər və xüsusi döyüş statusuna keçiblər, bu şəraitdə yalnız xüsusi əlaqə vasitələrindən istifadə edirlər.

Bu isə o deməkdir ki, onlar bir neçə saatdır aktiv hərbi əməliyyatların getdiyi və qeyd edildiyi kimi, Ermənistan tərəfindən böyük ərazi itkilərinin olduğu sərhəd sektorlarında yerləşəcəklər.

“Lakin bizə dedilər ki, bu o demək deyil ki, rus xüsusi qoşunu Ermənistanın ərazi bütövlüyünü bərpa etməyə hazırlaşmır, böyük ehtimalla onlar hazırda təmas xəttinin yerləşdiyi sektorda yerləşəcəklər. Onu da bildirək ki, erməni sülhməramlı alayı da təcili olaraq İrəvandan Zəngəzura göndərilib. Həmçinin sərhəddən məlumatlar alırıq ki, əsirlərin sayı hazırda 11-ə çatıb, 6-sı barədə məlumat verilmişdi, ölənlərin sayı 30-a, yaralıların sayı isə 50-yə çatıb”, – deyə nəşr qeyd edib.

Qeyd edək ki, Ermənistan sərhəddə təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Düşmən ağır itki verib. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

Tez-xeber.com

Alət çubuğuna keç