3 – Formatında görüş Soçidə keçiriləcək

Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqlar noyabrın 26-da Soçidə baş tutacaq. Transqafqaz.com xəbər verir ki, bu açıqlamanı Kremlin mətbuat xidmətiyayıb.

Açıqlamada deyilir ki, Rusiya dövlətinin başçısının təşəbbüsü ilə noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək. “2020-ci il noyabrın 10-da Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında bəyanatın imzalanmasının ildönümüdür”.

Vurğulanır ki, Vladimir Putinlə İlham Əliyev və Nikol Paşinyan arasında ayrıca söhbətlər də nəzərdə tutulur. Kremlin mətbuat xidməti xəbər verir ki, liderlər Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımları müəyyən etməyi planlaşdırırlar. “Üç ölkə liderinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olunması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına dair məsələlərə xüsusi diqqət yetiriləcək”.

Tez-xeber.com

Alət çubuğuna keç