Arkadi Dubnov: “Rusiya Ermənistana kömək etməyəcək. Azərbaycan Moskva üçün vacib və əhəmiyyətli partnyordur…”

Rusiyalı politoloq, MDB ölkələri üzrə tanınmış ekspert Arkadi Dubnov hesab edir ki, müharibədəki məğlubiyyətdən sonra getdikcə məyus olan Ermənistan üçün Qarabağ  əsas mövzu olmaqdan çıxıb. Onun sözlərinə görə, Rusiya Ermənistanın Azərbaycana qarşı qarantı ola bilməz, Avropa dövlətləri də ermənilərə kömək etməyəcək.

Dubnov “Exo Moskvı” radiosunun efirində deyib: “Bu gün Ermənistan 44 günlük müharibəni uduzmuş bir ölkə kimi əzab-əziyyəti davam etdirir və onun daha da dərinləşdirir. – Qarabağın Ermənistana birləşdirilməsi, vahid Ermənistan dövləti yaradılması ideyası yanlış addım idi.

Bu, yaxşı və ya pis oldu, demək olmur amma, bunlar keçən əsrin ikinci yarısında erməni millətini birləşdirdi. İndi isə o, əslində erməni cəmiyyəti tərəfindən rədd edilib. Artıq Ermənistan üçün Qarabağ yoxdur. Qarabağ erməni diskursunun kəsişən mövzusu olmaqdan çıxıb. Erməni diskursunda belə bir fikir yoxdur və ölkə məyusluq içərisindədir. Çünki o, çaşqındır, Qarabağdan qalan, Rusiya protektoratında, Rusiya sülhməramlılarının nəzarətində olan hissədir. Bu isə Azərbaycan tərəfindən qəti surətdə şübhə altına alınır, çünki bu gün Bakının əsas tezisi: Qarabağın statusu məsələsi artıq mövcud deyil. Problemi həll etdik. Qarabağ Azərbaycanın bir hissəsi olacaq.

Hesab edirəm ki, Azərbaycan ordusunun hazırlığı kifayət qədər güclü idi. Ən əsası isə ermənilər buna hazır deyildilər. Ermənilər isə özlərini aldadaraq “onlarda döyüşkən erməni ruhunun olması və bu ruhun heç kimin məğlub edə bilməyəcəyini deyərək  özlərini arxayın salırdılar”.

Ekspert hesab edir ki, Rusiyanın Ermənistanın müstəqilliyinin, suverenliyinin və toxunulmazlığının əsas təminatçısı olması barədə deyilənlər həqiqətə uyğun deyil.

“Rusiya tarixi qarant idi – lakin bu çoxdan reallıqdan çıxıb. Rusiya Azərbaycana qarşı Ermənistanın qarantı deyildi, prinsipcə, türk dünyası ilə qarşıdurmaya qarant idi. Sadəcə türklərlə, başqa dindən olanlara qarşı qarant idi. Bu gün Rusiya tamamilə fərqli bir tendensiya, neoimperiya meyli vəziyyətindədir.

Ona görə də bu gün Rusiya hələ də qazana biləcəyini itirmək riskinə girməyəcək. Əgər o, Ermənistana fəal dəstək verərsə dörd ildən sonra sülhməramlılarını Qarabağdan çıxarmaq məcburiyyətində qala biləri”.

Arkadi Dubnovun sözlərinə görə, Avropa da Ermənistana kömək edə bilməz.

“Gəlin hər şeyi öz adı ilə deyək. Əgər ətrafında iki, Azərbaycan və Türkiyə kimi güclü dövlətlər varsa Türk dünyası ilə mübarizədə Ermənistana hansı Avropa kömək edəcək?”.

Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan Baş nazirinin iştirakı ilə Soçidə gözlənilən üçtərəfli görüşdən danışan rusiyalı politoloq qeyd edib ki, “Putin sülhməramlı təşəbbüsün Avropanın əlinə keçməsinə imkan verməməlidir”.

“Rusiya Azərbaycana qarşı mübarizədə hərbi müttəfiqi kimi Ermənistanın müdafiəsinə qalxa bilməz. Çünki Azərbaycan bu gün Rusiya üçün heç də az vacib və qiymətli deyil. Bundan əlavə Rusiyanın gələcək neoimperiya siyasəti doktrinası mövcuddur. Ona görə də Ermənistanda Rusiyaya olan ümidlərini unutmalıdırlar”

Mənbə: Transqafqaz.com

Alət çubuğuna keç