Soçi görüşü – Yekun bəyanatın nəticələri

Böyük intizarla gözlənilən Soçi görüşü, nəhayət, başa çatdı. Mətbuata açıqlanan mövqelərdən, imzalanan və səsləndirilən bəyanatlardan aydın olur ki, Azərbaycan bu mərhələ üçün də istəyinə çatıb.

İlk növbədə, Soçidə aparılan danışıqlarda münaqişədən sonrakı nizamlanmanın əsas istiqamətləri və tendensiyaları müəyyən olundu və bu sahələr ölkəmizin maraqlarına tam uyğundur. Soçi görüşünün yekun sənədi tam və əlavə şərtlər olmadan Azərbaycanın mövqeyini əks etdirir: sərhədlərin delimitasiyası, kommunikasiya blokunun, nəqliyyat dəhlizlərinin açılması. Üstəlik, mətbuata açıqlamasında Vladimir Putin İrəvanın PR təbliğatını zibilliyə ataraq məhz “dəhliz” sözünü işlədib.

Bundan başqa, Soçi görüşünün yekun bəyanatında ağ-qara rənglə göstərilir ki, “Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin, tərəflərin xahişi ilə Rusiya Federasiyasının məsləhətçi köməyi ilə onun sərhədlərinin müəyyən edilməsi, delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində işi aparmağa razılaşdıq”.

Məzmunu açıqlasaq söhbət, SSRİ Baş Qərargahından miras qalmış Rusiya hərbi xəritələri əsasında sərhədlərin delimitasiyası və demarkasiyasından gedir, burada respublikaların sərhədləri maksimum dəqiqliklə və relyefə “istinadla” qeyd olunur. Bu yaxınlara qədər Ermənistan bu təklifə  “ağız əyirdi”, bütün gücü ilə qoşunların azad etdikləri ərazidən çıxarılmasını israr edirdi. Amma Soçidə reallıqda köhnə sovet kartlarına görə delimitasiya ilə razılaşmalı oldu. Zamanında Rusiyanın müdaxiləsi ilə ermənilərə verilmiş torpaqlardan “vidalaşmalı” olacaq və bundan sonra heç bir qüvvə erməniyə “ərazi hədiyyə” etməyə vadar edə biməyəcək

Rabitə, avtomobil və dəmir yollarının açılması kursu da müəyyən edilib. Və təxmin etmək çətin deyil ki, söhbət ilk növbədə Zəngəzur dəhlizindən gedir.

Yekun bəyanatda Nikol Paşinyanın sevimli mövzusu – “müharibə əsirləri” heç bir şəkildə qeyd olunmayıb. Bu, Nikol Vovayeviç üçün ikiqat təhqirdir. Danışıqlar Ermənistanın yeni uğursuz avantürasının təbliği, mövqelərin itirilməsi, öldürülən, əsir götürülən  zinvorların isti izləri gedirdi. Hansılar ki, bütün standartlara görə, artıq müharibə əsirləri deyil, terrorçulardır.

Ən əsası isə odur ki, İrəvana ATƏT-in Minsk Qrupuna əvvəlki danışıqlar təklifləri paketlərini canlandırmaq üçün ən azı nəzəri şans verə biləcək rəsmi, hətta diplomatik nəzakət istinadı belə yoxdur.

Nəinki “Qarabağın statusu” məsələsi, hətta Qarabağın özü də qeyd olunmur. Bu o deməkdir ki, Nikol Vovaeviçin 44 günlük müharibənin nəticələrinə görə sona çatdığı bədnam “status məsələsi”ni, bağışlayın, “gorbagordan”dan çıxarmaq ümidləri növbəti dəfə  iflasa uğradı.

Rusiya Prezidentinin mətbuat üçün açıqlamalarında “nəqliyyat dəhlizi” ifadəsinin yer alması, rəsmi İrəvana 10 noyabr bəyanatının 9-cu bəndinin təkrar izahı kimi də qəbul oluna bilər.

Soçi görüşünün və bəyanatının ən önəmli cəhətlərindən biri də Azərbaycanla Ermənistan arasında bundan sonra da baş tutacaq təmaslarda, o cümlədən dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlərin dəqiq sərhədlərinin müəyyənləşdirilməsidir.

Bu o deməkdir ki, Azərbaycan döyüş meydanında qazandığı qələbəni, artıq diplomatik müstəvidə onu inamla real dividentlərə çevirir.

Vahidov Qurban. Araşdırmaçı – analitik

Alət çubuğuna keç