Natali Qule: “Eyni zamanda, bütün dünyadakı erməni lobbisinə yalvarıram ki, prosesə mane olmasınlar…”

Noyabrın 26-da Rusiya Prezidenti Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış sazişi dəstəklədiyimi dilə gətirməkdən məmnunluq duyuram.

Bu sözləri fransalı senator Natali Qule deyib.

“Onu da vurğulamaq istərdim ki, sülh razılaşması tərəflərin öz təşəbbüsləridir. Xüsusilə də burada, Fransada siyasi partiyaları sülhə deyil, müharibəyə sövq edən erməni lobbisi bizi dərindən narahat edir və onlar prosesə heç də kömək etmirlər. Məsələnin həlli xaricdən yox, erməni və Azərbaycan xalqından gələcək”, – deyə senator qeyd edib.

Senatorun sözlərinə görə, imzalanmış bu saziş Azərbaycanın geri qaytardığı və öz ərazi bütövlüyünü bərpa etdiyi regionda sülh və sabitlik üçün böyük addımdır:

“Mən bu razılaşmadan sonra özümü çox xoşbəxt və ümidli hiss edirəm. Məncə, bu, çox vacib bir addımdır. Eyni zamanda, bütün dünyadakı erməni lobbisinə yalvarıram ki, prosesə mane olmasınlar. Çünki daha əvvəl dediyim kimi, bu provokativ hərəkətlər hər cür həll yolunu təhlükə altına qoyur. Mən bölgədəki xalqlara hər şeyin ən yaxşısını arzulayıram, bildiyiniz kimi, mən Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan Respublikasını qətiyyətlə dəstəkləyirəm”, – senator əlavə edib.

Tez-xeber.com

Alət çubuğuna keç