“Reket jurnalistlər”: Sosial şəbəkə vasitəsilə şantaj sxemi necə işləyir

Pedaqoji elmin vətənpərvərlik nəzəriyyəsində iki klassik cərayanı mövcuddur:

  1. Böyük Vətən. Bu anlayış qismində insan doğulduğu torpaq, diyar nəzərdə tutulur.
  2. Kiçik Vətən. Burada insanın böyüdüyü və yaşadığı şəhər, rayon, qəsəbə və kənd aid edilir.

Böyük Vətənə sadiqlik, sevgi, uğrunda çalışmaq kimi məsələləri Kişik Vətənə də aid etmək olar. İnsan yaşadığı məkanın vətənpərvəri olmalı, sosial soçium kimi  özünü kənara çəkməməli, ətrafında gedən proseslərə seyrçi qalmamalıdır. Bu mənada Mingəçevir bizim Kiçik Vətənimizdir, onun uğrunda çalışmaq, onu təbliğ etmək, yeniyetmə və gənc nəsildə ona sədaqət hissi tərbiyə etmək ziyalı borcudur.

Bu yazını da məhz şəhərimizdə yaranan xoşagəlməz proseslərə, faktlara əsaslanmayan, böhtan və iftira xarakterli yazılara həsr etmişik. Bu fikr, müxtəlif səpkili toplantılarda haqlı olaraq əksər hallarda səslənib: “Mingəçevirin özünə məxsus ziyalısı, mədəniyyəti, adət-ənənəsi və kadrları mövcuddur”.

Son zamanlar təəsüflər olsunki, şəhər ziyalılarının susqunluğu səbəbiylə social şəbəkədə cəmiyyətədə mövqeyi olmayan, elmi, analitik, publisistik məqalələri ilə tanınmayan  bir qrup şəxs Mingəçevir şəhəri və onun rəhbərliyi barəsində müxtəlif sahələr üzrə qara-piar  yazılar yazdırmağa başlayıblar. Onların profilləri onun-bunun yazılarını paylaşmaq, öz yazıları isə (əgər yazı demək olarsa) şər, böhtan xarakterlidir. Dərc etdikləri yazı və videolara nəzər yetirəndə görünür ki, araşdırılma aparılmayıb, sorğular göndərilməyib, problemin yaranması səbəbləri öyrənilməyib. Diqqətlə məsələləri təhlil edəndə baş verənlərin sifarişli, sadəcə qarayaxma, böhtan və rəhbər işçilər barəsində mənfi imic obrazı yaratmaq məqsədi güddüyünün şahidi olursan.

Qanun pozuntuları, nöqsanların sosial şəbəkələrdə işıqlandırılması təqdirəlayiqdir. Əgər hər hansı bir məmur qanun pozuntusuna, korrupsiya əməlinə yol veribsə, söz və ifadə azadlığıdan istifadə edərək onları ictimailəşdirmək və ehtiyac yaranarsa hüquq-mühafizə orqanlarına müraciət etmək mümkündür. Lakin vətəndaşın ictimailəşdirdiyi məsələlər şər-böhtan xarakteri daşıyırsa, bu cinayətdir.

İctimaiyyət və sakin olaraq şəhərimizdə aparılan abadlıq-quruculuq, təmizlik, bərpa, təmir işləri bizləri sevindirməyə bilməz. Şəhərimizə turist kimi səfər edənlər, şənbə, bazar günləri gələn qonaqlardan ilk növbədə bunları eşidirsən: “Şəhəriniz yaraşıqlı, küçələriniz geniş, parklarınz güllü-çiçəklidir” və sair. Təbii ki, bunlar bir Mingəçevirli olaraq bizlərə sevindirir, burada yaşadığımız üçün qürur hissi keçiririk. Təbii ki, bu gözəllik boş yerdən yaranmır, şəhər rəhbərliyinn, idarə və müəssisələrdə çalışan insanların zəhməti nəticəsində olmuşdur.

Yazdıqlarımızın təsdiqi kimi şəhərdə olmuş ictimai-sosial tədbirlərin bir neçəsi ilə Sizləri tanış edirik.

İcra Hakimiyyətinin başçısının şəhid ailələrini ziyarəti davam edir

Ətraflı: http://mingechevir-ih.gov.az/news/965.html

– Şəhidlərin ildönümü ilə əlaqədar Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti

Ətraflı: https://www.facebook.com/photo/?fbid=981071322482146&set=pcb.981071682482110

-Mingəçevir – 73 tədbirləri

Ətraflı: https://www.facebook.com/photo/?fbid=973690709886874&set=pcb.973691466553465

-“Zəfər Günü” tədbirləri bağlı keçirilmiş aksiya

Ətraflı: https://www.facebook.com/photo/?fbid=2419259701542075&set=pcb.2419261488208563

-“Zəfər Günü” şəhər tədbiri

Ətraflı: https://www.facebook.com/photo/?fbid=971319906790621&set=pcb.971320796790532

– Şəhid ailələrinə medalların təqdim olunması

Ətraflı: http://mingechevir-ih.gov.az/news/961.html

Şəhid ailələrinin ziyarəti davam edir.

Ətraflı: http://mingechevir-ih.gov.az/news/962.html

– Şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrinin ziyarəti

 

Ətraflı: https://www.facebook.com/photo?fbid=960200147902597&set=pcb.960200717902540

– Mingəçevirdə şəhid ailəsinin evinin təmir olunması

Ətraflı: https://www.yeniavaz.com/az/news/158524/mingecevirde-sehid-ailesinin-evi-temir-olundu

Zəfər Bayramı Günü münasibətilə

Ətraflı: http://mingechevir-ih.gov.az/news/954.html

Bunları oxuculara bir daha xatırlatmaqda məqsədimiz odur ki, bəzilərinin şəhid ailələri və qazilər üzərindən özlərini ucuz  reklam edir, şəhid ailələri, qazilər üçün həssas olan mövzuları İcra Başçısına qarşı istifadə etməyə çalışır və bu barədə bir çox şəhid ailələri və qazilərin  faktiki olaraq məlumatı vardır.

Jurnalist, blogger olmayanların – “jurnalist”, “blogger” olmaq sevdası 

Sosial şəbəkələrin imkanlarından istifadə edərək özlərini “jurnalist”, “blogger” (müvafiq sənədləri olmyan) adlandırıb şantajla məşğul olan şəxslərə Azərbaycanda “reket social şəbəkə istifadəçiləri” deyirlər. Onlar, əsasən, social şəbəkədə profillər yaradaraq və yaxud kiçik tirajlı saytlar ətrafında “fırlanaraq” məmur, biznesmen haqqında “ifşaedici” məqalələr dərc etməklə öz çirkin məqsədlərinə çatmaq istəyirlər.

Nizamnaməsində KİV-in azadlığını müdafiə etdiyi və peşə standartlarının yaxşılaşdırılmasıyla məşğul olduğu bildirilən Mətbuat Şurası bildirir ki, hər il vətəndaşlardan müxtəlif nəşrlərlə bağlı 500-ə yaxın şikayət daxil olur: “Gəlib bizdən pul tələb etdilər, rədd cavabı verdik. Bundan sonra haqqımızda yazmağa başladılar”, “ Qanunsuz tikili üçün icazə istədilər, verilmədi başladılar böhtan yazılar yazmağa” qurumdan Mətbuat Şurasına daxil olan ərizələrin, adətən, bu məzmunda olduğu deyirlir və qeyd edilir ki, ildən-ilə reket jurnalistlər barəsində şikayətlərin sayı artır.

“Sosial şəbəkənin qaraçı taboru” adına daha uyğun olan bu qaraguruh çetesini təxminən belə təsnifatlandırmaq olar:

  1. Calışdığı sahələrdə ugursuz olan, sosial şəbəkə vasitəsilə “asan qazanc qazanmaq” istəyənlər;
  2. Siyasi proseslərin vurub social şəbəkəyə atdığı uğursuzlar;
  3. Şəhər və rayonlarda, yerlərdə regionçuların, qruplaşmaların uzantıları;
  4. Şər, böhtan, qarayaxma ilə təqib edərək pul qazanmaq istəyənlər;
  5. Mənsəb və ad düşkünləri;
  6. Qanunsuz olaraq torpaq, mülk əldə etmək istəyənlər;
  7. Gizlin əllərin, qaranlıq obrazların buyruqçuları, başqalarına maşalıq edənlər…

Onlar abırlarını, ismətlərini o qədər itiriblər ki, şəhidlər və qazilər üzərindən qara piar edirlər. Belə ki, YouTubedə “Kanal 45” adlı səhifə açaraq qazinin və anasının səmimiyyətindən, inanmağından və duyğularından  istifadə edərək  mövcud olan problemin həllinə yox, əksinə problemə aidiyyəti olmayan İcra Hakimiyyətinin Başçısına yönəltməyə çalışırlar.

MİNGƏCEVİR QAZİSİNİN PROBLEMİ VAR AMMA MGƏCƏVİR İCRA BASCİSİ İLHAM İSMAYİLOV QAZİ İLƏ MARAQLANMİR..

   Ətraflı: https://www.youtube.com/watch?v=xGYs5ENz5qM

Bunların səviyyəsi, “blogerliyi” başlıqda verdikləri 7 hərf səhvindən bəlli olur. Qazini doğru istiqamətə yönləndirmək əvəzinə, problemin İcra Başçısında olması fikrinə yönəldilir. Halbuki, qazinin əlillik dərəcəsinin problemi birbaşa ƏƏSMN-nə aiddir. Aydın məsələdir ki, qazilərimiz çoxdur, müalicə olunmağa ehtiyacı olan (Allah şəfalar versin) var, işə düzəlmək istəyənlər var, mənzil şəraitini yaxşılaşdırmaq istəyənlər var və sairə. Onların hamısının problemini həll etməyə İcra Hakimiyyətinin gücü yetməz. Ancaq, bütün bunlara baxmayaraq İcra Hakimiyyəti tərəfindən bir sıra qazinin evləri də təmir olunub, mənzil şəraitləri də yaxşılaşdırılıb. Bundan əlavə dövlət, fondlar, xeyriyyəçilər də dəstək göstərirlər. Cəmiyyətdə bütün sahələrin ideal oldugunu, problemlərin olmadığını söyləmirik, bunlar mövcuddur amma, zaman-zaman onlar öz həllini tapacaqdır.

Paylaşdıqları videonu 11 nəfər izləyib, onun 7 nəfəri bəyənmədiyi bildirdiyi halda, bu kanal istifadəçiləri özlərinə hörmət qoymayaraq, onların bu “şou” videosuna etiraz bildirən izləyiciləri təhqir edir edərək “troll” adlandırır. Tənqid üvanını doğru göstərmədiyi üçün izləycilər bu aşağı keyfiyyətli videonu tənqid edir və haqlı olaraq: “Gedin bacardığınız işin qulpundan yapışın” deyerek meslehet verirlər.

Digər araşdırılmayan və böhtan xarakterli yazı aşağıdakı videoda verilmişdir.

Mingəçevirin yarımçıq tikilən parkına nə qədər pul silinib?!

Ətraflı: https://www.youtube.com/watch?v=tZggsk3YFX0

Bu Elçin Həsənzadə adlı şəxs Xural TV kanalında yayımlanan videoda araşdırma aparmadan, sorğu vermədən, mətləbə varmadan parkın yarımçıq qalan hissəsində işlərin nə üçün dayandığına öz ağlı ilə “qərar” verir ki, burada sən demə, “pullar mənimsənilmişdir, yeyinti olmuşdur”. Ancaq müvafiq səlahiyyətli orqanlara müraciət etsəydi ona izah edərdilər ki, parkın yarımçıq qalan hissəsi bir sahibkarın sərəncamındadır və bir ildir ki, həmən sahibkar ilə danışaqlar gedir ki, ayrı ərazidə ona torpaq sahəsi ayrılsın və yarımçıq qalmış park tikintisi reallaşsın. Deməli Elçin Həsənzadənin amalı həqiqəti öyrənmək yox, qara – piar etməklə İcra Başçısını nüfüzdan salmaq olmuşdur.

Elçin Həsənzadənin növbəti yalanları

Xural TV Azərbaycan cəmiyyətində müəyyən nüfuz qazanmış, problemləri qabardan, məmur özbaşınalığından çəkilişlər aparan imici qazanmışdır. Təəssüf ki, bu kimi nüfuzlu TV dəvət etdiyi şəxs barəsində məlumat əldə etmədən, kanala dəvət edib, söylədiqlərini “doqma” kimi cəmiyyətə nümayiş etdirir. Bu videoda Elçin Həsənzadə özünü “siyasi məhbus” adlandırır, lakin veriliş müddətində nə üçün “şərlənərək” tutulduğu səbəbini  açıqlamır. Verilişin 1 saat 07 dəqiqəsinin, 95 dəqiqəsin aparıcı ilə “türmə” həyatından, orada olan nöqsanlardan danışırlar. Ətraflı videoda

ŞƏRLƏNƏRƏK HƏBSƏ ATILAN JURNZLİST QARDAŞIMIZ ÖZ AZADLIGÎNA QOVUŞDÜ…

Ətraflı: https://www.youtube.com/watch?v=prBNb1V_0l0

Əslində Elçin Həsənzadə hansı əməllərinə görə həbsdə olmuşdur

Elçin Həsənzadə 20 oktyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilli də orada almışdır.   Feldşer Məktəbinə daxil olmuş və bitirdikdən sonra “N” saylı hərbi hissənin tibb məntəqəsinə feldşer kimi hərbi xidmətə göndərilmişdir. Hərbi hissədən fərrarilik edərək qaçmış və Sumqayıt polis əməkdaşları tərəfindən tutularaq mühakimə üçün müvafiq orqanlara verilmişdir.

  1. Elçin Həsənzadə, gizir N saylı hərbi hissənin tibb məntqəsinin feldşeri, Fizulu Hərbi Məhkəməsinin 2002-ci il tarixli hokum ilə CM-nin 334.1 maddəsilə (fərrarilik) təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmşdir.

 

 

Məlum səbəblərə görə Hökm verilməsində iştirak edənlərin adları qaralanmışdır.

2.Elçin Həsənzadə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2016-cı il tarixli hokum ilə CM-nin 221.3-cü maddəsilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

3.Elçin Həsənzadə social şəbəkədə şərəf və ləyaqəti ləkələyən, nufuza xələl gətirən, böhtan xarakterli məlumat, korrupsiyada ittihama görə AR  CM-nin 147.1, 147.2 və 148 Maddələri ilə 1(bir) il həbsə məhkum edilmişdir.

Elcin Həsənzadənin barəsində olan yuxarıda qeyd edilmiş hökmlər, yəni cinayət əməlləri törətməsi və məhkum edilməsi onun səviyyəsini səciyyələndirən hallardır.

Elçin Həsənzadə bu gündə öz yalan və böhtanlarını davam etdirir və ictimaiyyətdə “siyasi məhbus” obrazı yaradır. Sosial şəbəkə profilində də özü barəsində ictimaiyyəti aldatmaq məqsədilə 3 ayrı-ayrı profil yaradıb. Feldşer məktəbini bitirdiyi halda Azerbaijan State Oil and İndustrial University qeyd edib. Bunlar bir daha bu şəxsin nə əməlinin, nə tərcumeyi halının, nə də social şəbəkə imkanlarından istifadə edərək fəaliyyətinin çirkin məqsədlər olduğunu bir daha təsdiqləyir

Elçin Həsənzadənin feysbuk üst profilində “Yüksəliş Naminə” qəzetinin əməkdaşı olduğu bidirir. Google axtarış sistemində bu qəzet barədə məlumat əldə etmək istədik. Ancaq, təəssüflər olsun ki, bu qəzetin varlığı da doğru olmadı. Sadəcə qəzet açılıb görüntüsü ilə niyyətləri “ara qarışdırmaq” olanlar, özlərini “jurnalist” kimi, “qəzet əməkdaşı” kimi sırımaq istəyirlər. Sonra başlayır şantaj taktikası. Mövcud olmayan “Yüksəliş qəzeti” ilə bağlı rastlaşdığımız bir faktı Sizlər ilə bölüşürük.

“Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru və əməkdaşı saxlanılıb

22 iyun 2007 11:59

Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd və əməkdaşı Elçin Həsənov polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya E. Məmməd məlumat verib. Baş redaktor bildirib ki, bu gün onları Sumqayıt Dövlət Universitetinə çağırıblar: “Universitetdə prorektor Məmməd Əhmədovla görüşdük. Sonra şəhər Polis İdarəsinin birinci polis bölməsinin əməkdaşları gəldilər və bizi bölməyə gətirdilər. Hazırda bölmədəyik, indiyədək bizi buraya gətirmələrinin səbəbini deməyiblər”. Qeyd edək ki, adıçəkilən şəxslərin adı xaricdən siyasi sığınacaq almaq üçün müraciət etmiş 24 jurnalistin siyahısında var”.

https://apa.az/az/xeber/media-xeberler/-62068

Buradan aydın olur ki, bunların niyyətləri “nöqsanları”, “problemləri” işıqlandırmaq yox, mümkün qədər polisə çox çağırılmaq, mümkün qədər daha çox həbs olunaraq xaricdə sığınacaq almaq üçün özlərinə “siyasi məhbus” dividenti toplamaqdır.

Həqiqət çox şaxəlidirsə, yalan da çox səslidir. Uinston Çörçill

Bu gün müasir təlatümlü dünyada hibrid müharibəsi, informasiya savaşı ilə ölkələr alınır, xalqlar istismar edilir. Baxın, biz, bu savaşın harasındayıq? Oruellin bir deyimi var: “İnformasiyaya sahib olanlar, dünyaya hökm edərlər”.  44 gün davam edən Vətən Müharibəsində tarixi Zəfərdən sonra beynəlxalq güclər Türkiyənin mənəvi, hərbi dəstəyi ilə Azərbaycan Ordusunn qələbəsindən sonra dövlətimizə qarşı informasiya savaşını daha da intensivləşdiriblər. Burada onların işinə icərimizdə olan, onların işinə yarayan, yaxşı kamuflyaj olmuş aqentura şəbəkəsindən çox məqsədyönlü şəkildə, bacarıqla istifadə edirlər. Xarici qüvvələrin və 5-ci kalonun məqsədi tarixi qələbəmizi kiçiltmək, dövlətçiliyimizin təməl prinsiplərini sarsıtmaq, xalq ilə hakimiyyət arasında nifaq toxumu səpmək, cəmiyyətdə inamsızlıq mühiti yaratmaqdan ibarətdir.

Bu məqsədlə 5-ci kolon ajanları cəmiyyətdə hərbi-siyasi-iqtisadi sahələrdə problemlərin aktual olduğunu qabardaraq, onların həll edilmədiyini, Şəhid və Qazi faktorundan məharətlə istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.

Sonda, Mingəçevirlilərə şəhərə “komandirovkaya” gələn, “desant” olaraq endirilmiş, hansısa bir şəxsin puluynan, sifarişi ilə içərimizdə qara piar aparmasına izin verməyin deyə səslənirik.

Akif  Hacıyev – Mingəçevir Dövlət Universitetinin sabiq rektoru,

Mirzə Cavadov – Mingəçevir Təhsil Şöbəsinin sabiq müdiri,

Mirsədi Daşdəmirov – “Mingəçevir Qəzeti” redaktor,

Qurban Vahidov – Araşdırmaçı analitik,

Nəriman İsmayılov – şəhər sakini

 

 

 

Alət çubuğuna keç