Erməni bloger: Əsgərlərin 40 faizini onlar öldürüb – Video

Tanınmış erməni bloger Roman Baqdasaryan ötən gün yayımladığı videobloqda Köçəryan klanına qarşı kəskin ittihamlar səsləndirib və şok açıqlamalar verib.

Qaynarinfo.az xəbər verir ki, Köçəryan tərəfdarlarına (bloger onları “Qarabağ klanı” adlandırır – red.) ən ağır söyüşlərlə xitab edən bloger onları Rusiyada oturub, yalançı müharibə bəyanatları verməkdə, Paşinyana təzyiq göstərməkdə ittiham edib:

“Demək olar ki, bütün xarici səfirliklərdə çalışanlar Qarabağ klanının üzvləri, Köçəryan tərəfdarlarıdır. Onlar Paşinyanın əleyhinə çalışırlar”.

Baqdasaryanın şok effekti verən açıqlamasına görə, 44 günlük müharibədə erməni əsgərlərinin 40 faizinin ölüm əmrini məhz Qarabağ klanı verib:

“Köçəryan tərəfdarları planlaşdırmışdılar ki, Ermənistana nə qədər çox tabut gedərsə, Paşinyanı daha rahat hakimiyyətdən devirəcəklər…

Cəbrayıl ətrafında yolu öncə minalayıb, sonra qəsdən əmr veriblər ki, erməni əsgərlər həmin yolla getsinlər, hamısı da minaya düşüb ölüblər…

Təkcə Madagizdə (Suqovuşanda) 250 erməni əsgərini öldürüblər. Əvvəl əmr veriblər ki, geri çəkilin, digər tərəfdən də başqa komandaya da həmin koordinatları verib bombaladıblar hamısını.

Kəlbəcərdə yaralı 26 erməni əsgərini xilas etmək mümkün idi, amma Qarabağ klanı onlara yardımdam imtina edib. Bəhanə gətiriblər ki, maşın yoxdur. Hamısı da qanitirmədən ölüb…

Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan efirdə etiraf etdi ki, Azərbaycan ordusu Hadruta hücum edəndə Qarabağ klanının silahlı birləşmələri erməni evlərini kütləvi talan ediblər…

Ümumilikdə 1600 erməni əsgəri Qarabağ klanının silahlı qruplaşması tərəfindən bu şəkildə öldürülüb…”

Türkiyə kurortlarında kef edib, müharibədən dəm vururlar

Köçəryan tərəfdarlarını Ermənistanı və Qarabağı talayıb, Rusiyada böyük bizneslər qurub, xalqına arxa çevirməkdə ittiham edən erməni bloger onların müharibə çağırışlarını sərsəmlik adlandırıb:

“Siz qaraçılar, fərrarilər, fahişə balalarısınız… Hər il Rusiyada yaşayan ermənilərin 40 faizi Türkiyə kurortlarında kef edir, Moskvada azərbaycanlıların restoranlarında yeyib-içir, amma sonra gəlib “müharibə istəyirik” deyirlər. Şəxsən mən Azərbaycanla müharibə istəmirəm… Bu müharibəni siz istəyirsiz, yenidən varlanmaq və erməni oğlanlarını öldürmək üçün…

Bəlkə Şuşa həbsxanasında Qarabağ klanının erməni əsgərlərinə necə işgəncə verməsindən danışasınız? Neçəsini işgəncə ilə öldürməyinizdən? Necə valideynə evlərini satdırıb, rüşvət almağınızdan?

Hələ özünü “müqəddəs ata” adlandıran Parqev… (“dqr”in yepiskopu Parqev Martirosyanı nəzərdə tutur – red.) Sən necə dini lidersən ki, fərrarisən? Sən necə dini lidersən ki, 92-ci ildə Şuşada azərbaycanlıların evlərini ona-buna paylayırdın? Bəyəm bir müqəddəs ata azərbaycanlı anaların uşaq doğduğu, böyütdüyü doğma evlərini ona-buna öz ağlıyla peşkəş edər? Sən, ümumiyyətlə, niyə belə işlərlə məşğul idin?”

Erməni bloger Paşinyana qarşı çıxan erməni kilsəsini də sərt tənqid edib. O, BBC-nin bir müddət əvvəl yayımladığı materiala istinadla bildirib ki, erməni keşişləri oğlan uşaqlarını zorlamaqla məşğul olur:

“Qoy Moskvada oturanlar, Köçəryan tərəfdarları bu haqda danışsınlar…”

Çoxsaylı ittiham və açıqlamaların yer aldığı həmin videobloqun tam hissəsini təqdim edirik:

Alət çubuğuna keç