Dövlət Sərhəd Xirmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması səbəbləri məlum oldu

Xəbər verildiyi kimi, dünən Xızı rayonu ərazisində yerləşən Qaraheybət hərbi poliqonunda Dövlət Sərhəd Xirmətinə (DSX) məxsus hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin göyərtəsində olan 14 zabitimiz Şəhid olub, 2 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, hadisədən dərhal sonra rəsmi qurumlar vaxtında məlumat vermədiyindən haqlı olaraq, cəmiyyətdə olayla bağlı müxtəlif fikirlər yaranıb. Helikopterin kənar müdaxilə nəticəsində, yəni vurularaq, sıradan çıxarıldığı iddiaları isə gündəmin əsas mövzusu olub.

DSX-nın rəsmi açıqlamasında qeyd edilir ki, helikopter texniki cəhətdən saz olub. Eyni zamanda, yeni təmirdən çıxıb və DSX-nin yeni aldığı texnikalardan hesab edilir. Qəza isə helikopter yerə enən zaman baş verib.

Əldə olunan məlumatlar hadisənin kənar müdaxilə nəticəsində baş verməsini inkar edir. Belə ki, helikopter poliqona eniş edən zaman güclü küləyin təsiri nəticəsində bir qədər yana əyilib. Maşının tarazlığını bərpa etmək mümkün olmadığından pərlər yerlə toqquşub. Nəticədə, helikopter aşaraq, çevrilib. Daha sonra isə bir neçə dəfə çevrilərək, yaxınlıqdakı təpələrə çırpılıb. Ardından isə pərləri hərəkətə gətirən mühərrikdə yanğın baş verib ki, bu da partlayışla nəticələnib.

Mütəxəssislər bildirirlər ki, Mi-17 helikopterləri saatda 280 km/saatla hərəkət edir. Eniş sürəti təxminən bunun yarısına bərabərdir. Onların rəyinə görə, helikopterin pərlərinin ümumi çəkisi bir neçə yüz kiloqram təşkil edir. Və onların böyük sürətlə yerlə toqquşması mühərrikləri sıradan çıxarmaq gücündədir. Bundan başqa, pərlərin yerlə toqquşması nəticəsində yanğının əmələ gəlməsi də daha çox rast gəlinən hallardandır.

Ekspertlər burada pilotların səriştəsiz olmasından söhbət gedə bilməyəcəyini deyirlər. Onlar bildirirlər ki, Mi-17 helikopterinin 3 ekipaj üzvü olur. Onlardan ikisi pilot, biri isə mühəndis-texnikdir. Hər üç şəxsin təcrübəli olmasına da şübhə yoxdur. Yəni, onları günahlandırmaq yersizdir.

Ümumi rəy belədir ki, burada iki əsas amil nəzərə alınmalıdır. Birincisi, hava şəraitidir ki, güclü küləyin olduğu bir vaxtda hava uçuşlarının keçirilməsi adətən məqbul hesab olunmur. Lakin buna baxmayaraq, DSX belə bir təlimin keçirilməsinə zərurət bilib. Halbuki DSX hidrometroloqlarla əlaqəli şəkildə hərəkət etməliydi. Çünki hava haqqında proqnozlara əsasən hərəkət və təlimlər reallaşdırmalıdır.

İkinci amil isə texniki nasazlıqdır. Hərçənd DSX helikopterin yeni olduğunu və yeniliklə təmirdən çıxdığını bəyan edib. Lakin nəzərə alaq ki, Azərbaycanda elə bir dövlət qurumu yoxxdur ki, orada korrupsiya olmasın. Belə ki, DSX da bundan xali deyil. Mümkün versiyadır ki, ya alınan helikopterlər köhnə olub, yeni adı ilə istismara verilib. Ya da lazım olan texniki baxış həyata keçirilsə də, istifadə olunan detallar və ya hansısa ehtiyat hissəsləri elə də keyfiyyətli olmayıb. Bir sözlə, bu məsələdə korrupsiya izinin olması daha çox ehtimal ediləndir.

İndi isə qəzaya uğramış və hazırda Azərbaycan Ordusunun ixtiyarında olan Mi-17 helikopterlərinin texniki göstəricilərini oxuculara təqdim edirik. Mi-17 helikopterləri Rusiya istehsalıdır. Hazırda Ulan Ude və Moskva şəhərlərində yerləşən iki zavodda istehsal edilir. Hazırda dünyanın 60 ölkəsinin ordusunda bu maşından var.

Ekipaj üzvlərinin sayı 3 nəfərdən ibarətdir. Onlarda 2-si pilot, biri isə mühəndisdir. Helikopterin tutumu 24 nəfər və ya 12 xərəkdir. Həmin yük 4 tondan artıq olmamalıdır. Uzunluğu 18.465 metrdir. Rotor (pərlər) diametri isə 21.25 metr təşkil edir. Helikopterin hündürlüyü 4.76 metrdir.

Qeyd edək ki, Mi-17-nin boş çəkisi 7,5 tondur. Yüklü çəkisi isə 11,1 ton, maksimum qalxma çəkisi isə 13 ton təşkil edir. Bu helikopterlərin güc təminatçıları 2 ədəd “Klimov” markalı VK-2500PS-03 mühərrikləridir.

Uçuş keyfiyyətlərinə gəldikdə, Mi-17 helikopterləri saatda 280 km sürətlə uçur. Maksimal uçuş məsafəsi 800 km təşkil edir.

Tez-xeber.com

 

Alət çubuğuna keç