Rusiya və NATO münasibətlərini “kədərli sona” çatdırdılar

Rusiyanın NATO-dakı missiyasının işini dayandırmaq və Alyansın Moskvadakı ofisini bağlamaq qərarı Qərblə münasibətlərin kəskin şəkildə pisləşməsi kimi görünür.

Ancaq daha dərindən araşdırsanız, görmək olar ki, çox vaxt belə addımlar dünya geopolitik siyasəti ilə bağlı deyil. Bunu əsasən daxili siyasət diktə edir, qocalmış rəhbərliyin   əsas vəzifəsi ölkədə hakimiyyəti qorumaq və Rusiyanın daxilində baş verən bir sıra prosesləri nəzarətdə saxlamaqdan ibarətdir.

Məlumdur ki, beynəlxalq münasibətlər hakim elitanın maraqlarından tutmuş milli iqtisadiyyatın, cəmiyyətlərin və siyasi quruluşun güclü tərəflərinə qədər daxili siyasi amillərlə müəyyən edilir. Xarici siyasət hesabatlılıq və ictimai nəzarətlə daha az məhdudlaşdırıldığından, onlar həm də yüksək səviyyəli lider tərəfindən qeyri-mütənasib şəkildə üstünlük təşkil edirlər. Təhlükədə olduqlarını hiss edən liderlər əhalinin diqqətini yayındırmaq və repressiyalara haqq qazandırmaq üçün xarici “təhdidləri” şişirdə bilərlər. Onun nüfuzunun bitdiyini və ya rəhbər kimi əhəmiyyətinin azaldığını hiss edənlər isə beynəlxalq məsələlərdə yeni “qarşıdurmalar” tapmağa cəhd edə bilərlər. Bütün bu amillər müasir Rusiya üçün çox aktualdır və bu, şərqdən gələn hər hansı potensial təhlükələri müəyyən etmək, durdurmaq və onlara cavab vermək istəyən NATO üçün xüsusi əhəmiyyət kəsb edir.

Mühasirəyə alınmış Kreml

Krımış işğalından sonra son illərdə Rusiya rejimin legitimliyi getdikcə tükənir.

İqtisadiyyatdakı durğunluq, əmək haqlarının qiymət artımı ilə ayaqlaşa bilməyəcəyi, məmur korrupsiyası və COVID-19 pandemiyasına qarşı mübarizədəki səhvlər səbəbindən Prezident Vladimir Putinin əldə etdiyi dəstək zəiflədi.  Sentyabrda qanunverici orqanın aşağı palatası – Dövlət Duması üçün keçirilən seçkilər geniş şəkildə saxtalaşdırılıb. Bir sıra müşahidəçilərin fikrincə, “Vahid Rusiya”nın qazandığı səslərin faizi rəsmi rəqəmlərə görə 49,82 faiz yox, təxminən 30 faiz təşkil edib.

İctimai dəstəyin bu cür zəifləməsi, Kremlin daxildə və xaricdə avantürizm ritorikasını getdikcə daha sərt edir və millətçi ritorikanı qızışdırmağa səbəb olur. Müəyyən dərəcədə Putinə məqsədə çatmaq üçün bir vasitə kimi görünür. Putinin ruslara siyasi nəzarət müqabilində həyat səviyyəsinin daim yaxşılaşacağını vəd etdiyi köhnə sosial müqavilə açıq şəkildə yerinə yetirilmir. Bunun əvəzində Kreml Rusiyanın təhlükə altında olan ölkə obrazını yaratmağa çalışır. Rusiyanın dünyada öz layiqli yerini tutmasına mane olan və onu öz bildiyi kimi yenidən düzəltməyə çalışan düşmənlərin əhatəsində mühasirəyə alınmış qala kimi təqdim edir. Nəticə etibarı ilə Kreml belə bir ideoloji xəttə start verdi ki, ruslar öz acı durumlarını, narazılıqlarını bir kənara qoyub, “böyük rus milləti” naminə rejimə dəstək nümayiş etdirsinlər.

Dövlət təbliğat kanalları bu barədə həvəslə və əsaslı formada səs-küy salsalar da, kiçik bir “uğur” qazanılmasının şahidi oluruq. Sadə ruslar öz narazılıqlarını konkret hər hansı bir məsələyə yönəldə bilməyə bilərlər, lakin onlar əmin deyillər ki, onları “hərbi təhlükə” gözləyir. Hətta ən sərt fikirli Rusiya liderlərindən biri Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Ölkədə ictimai-siyasi vəziyyətin sabitliyini pozmaq, etiraz hərəkatını ruhlandırmaq və radikallaşdırmaq, ənənəvi rus mənəvi-əxlaqi dəyərlərini aşındırmaq proqramı mövcuddur”.

Krım istisna olmaqla, onlar açıq şəkildə hər hansı xarici müaxilələrə həvəsli deyillər. Hətta Ukraynanın Donbasında Moskva marionetkalardan istifadə edirdi və Suriyada yerləşdirmənin ilkin mərhələsində quruda birbaşa döyüş əməliyyatları muzdlular tərəfindən aparılırdı.

Əhalinin böyük hissəsinin heç bir fayda görmədiyi müharibələrdə iştirak etmək üçün rus hərbçilərinin cəhənnəmə göndərilməsi bağlı həvəs göstərməməsi və burada siyasi risk faktorlarının olduğunu başa düşən Kreml hər zaman imtina ede biləcəyi muzdlulardan istifadə etdi.

Hibrid müharibə

Putinin yaxın çevrəsində nə baş verdiyini dəqiq bilmək çətindir, lakin görünür, Putin və Patruşev, Federal Təhlükəsizlik Xidmətinin (ФСБ) direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin (СВР) direktoru Sergey Narışkin kimi nüfuzlu müttəfiqləri. əslində Qərbdən bir təhlükə olduğuna inanırlar. İqtisadi tənəzzüldən tutmuş müxalifət lideri Aleksey Navalnının yüksəlişinə qədər Kremlin çətinlikləri Qərbin açıq və gizli manipulyasiyası ilə əlaqələndirilir. O səbəbdən Rusiya NATO-ya  qarşı hibrid müharibəsi aparmağa çalışır.

Rusiyanın müxalifət lideri Aleksey Navalnı 2020-ci il avqustun 22-dən sentyabrın 23-dək ağır zəhərlənmədən sonra müalicə aldığı Berlindəki “Sharite” xəstəxanasının pilləkənində çəkdirdiyi şəkli İnstaqram səhifəsində yerləşdirərək  həkimlərə təşəkkür etmişdi.

Navalnını 2020-ci ildə zəhərləmək qərarı, bəlkə də, onun Qərbə işləməsi, Kremlin mövqeyini sarsıtmağa çalışması, Qərbin tapşırıqlarını yerinə yetirən  inamı ilə diktə edilib.

Eynilə, dezinformasiyadan tutmuş korrupsiyaya, üzv dövlətləri parçalamaq, diqqəti yayındırmaq və ruhdan salmaq kimi tədbirlərdən istifadə edərək NATO-ya qarşı davam edən siyasi kampaniya, Moskvanın hər cəhətdən daha güclü olduğu NATO daxili bir ittifaqı pozmağa yönəlib.

İstər Kataloniya separatçılarını qızışdırmaq, istərsə də sol və ya sağ radikallara dəstək olsun, Rusiyanın məqsədi sabitliyi pozmaqla NATO-nu neytrallaşdırmaqdır. Hətta NATO ərazisindən kənarda avantürizm, məsələn, Balkanlarda etnik qarşıdurmanı qızışdırmaq və ya Venesuela rejimini dəstəkləmək geniş mənada diqqəti yayındırmaq, bundn əlavə Qərbi özü ilə hesablaşmağa və mövqeyini gücləndirməyə məcbur etmək cəhdi kimi şərh edilə bilər.

Bu kontekst Kremlin düşmənçilik hərəkətlərinə haqq qazandırmaq üçün deyil, bunun nə dərəcədə hücum-müdafiə xarakterli hərəkətlər sayıla biləcəyini vurğulamaq üçün çox vacibdir. Başqa sözlə, adi hərbi əməliyyatlarda olduğu kimi, Moskva əks-hücum, hətta qabaqlayıcı zərbəni müdafiə sənətinin zəruri elementi hesab edir. Qərblə hazırkı qarşıdurmada o, ən yaxşı müdafiəsinin onun antaqonistlərinin birliyini və iradəsini pozmağa çalışmaq olduğuna inanır.

Hərbi manevrlər

“Təcavüzkar müdafiə” ənənəsi silahlı qüvvələrin daimi islahatlarında və onların yenidən silahlanmasında özünü göstərir.

Məsələn, bu yaxınlarda keçirilən “Qərb 2021” əməliyyat-strateji təlimi postsovet dövründən sonra ilk dəfə batalyonun gecə hava desant enişindən tutmuş, birləşmiş qüvvələrin elektron döyüş əməliyyatlarına qədər bir sıra hərbi qüvvə və vasitələrin sınaqdan keçirilməsi və nümayiş etdirilməsi üçün fürsət deyildi, bu həm də rus düşüncəsini yaxşı başa düşmək üçün bir fürsət idi. Təlimin son mərhələsində güclü əks-hücum hərəkətləri həyata keçirilsə də, onlar açıq şəkildə müdafiə xarakteri daşıyıb və xarici təhlükəyə cavab olaraq həyata keçirilib.

Buna baxmayaraq, Kreml hələ də NATO və ya üzv ölkələrin koalisiyasının Rusiyaya (yaxud Belarusiya) hücum edə biləcəyinə inanır. Silahlanma, təlim və planlaşdırma, NATO ilə potensial münaqişə üçün nəzərdə tutulub, lakin ordu da Kremlin geniş siyasi müharibələrində artan rolunu oynayır. Təlimlər, uzaq məsafəli patrullar, dənizdə və havada aqressiv qarşıdurma bəzi Avropa dairələrinə Moskva ilə hansısa böyük sövdələşməyə çağırış ümidi ilə müharibə qorxusunu yenidən alovlandırmaq üçün edilir.

2021-ci ilin yazında Ukrayna ilə sərhəddə qoşunların kütləvi şəkildə cəmləşməsi təkcə Kiyevi qorxutmaq üçün deyil, həm də Rusiyanın hələ də qlobal güc olduğunun sübutu kimi dəyərləndirmək olar. Bundan əlavə sammitdə yeni seçilmiş prezident Co Baydenə Putinlə görüşməsi üçün təzyiq etmək kimi də başa düşmək olar və dünya görsün ki, “Rusiya beynəlxalq səviyyəli oyunçudur”.

Suriyada Rusiyanın siyasətini Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi həyata keçirir. Suriya Moskvaya iradəsini və Rusiyadan kənarda yerləşdirmə qabiliyyətini nümayiş etdirmək, eyni zamanda yeni nəsil rus zabitləri üçün yeni təlim poliqonu, eləcə də Qərbə təzyiqi sərbəst şəkildə gücləndirə və ya zəiflədə bilən siyasi təşəbbüs kimi dəyərləndirmək olar.

Təəccüblü deyil ki, uzun illər müdafiə büdcəsi mahiyyətcə eyni səviyyədə qaldıqdan sonra 2022-24-cü il Federal büdcəsində hərbi xərclər 15% artacaq.  Əlavə olaraq 129 milyard rubl (1,77 milyard dollar) ayrılacaq və məbləğ 3,51 trilyon rubl (48 milyard dollar) təşkil edəcək. Xərclərin daim artacağı və beləliklə, 2024-cü ildə ümumi büdcənin 3,81 trilyon rubl (52 milyard dollar) təşkil edəcəyi planlaşdırılır. Nəzərə alsaq ki, Rusiya iqtisadiyyatı əsasən durğunluq vəziyyətindədir və rublun dollarla birbaşa müqayisəsi büdcənin real dəyərini əhəmiyyətli dərəcədə aşağı qiymətləndirir, bu faktiki olaraq dollar nisbətdə üç-dörd dəfə çoxdur. Bunun nəticəsində ümumi federal büdcədə hərbi xərclərin payı 14,4%-dən 15,3%-ə yüksələcək.

Siyasi Mübarizə

Kəşfiyyat büdcəsi ilə bağlı daha az aydınlıq var, çünki o, polis və hərbiləşdirilmiş Milli Qvardiya kimi təhlükəsizlik xidməti xərclərinə uyğundur, onların ümumi maliyyələşməsi 2022-ci ildə 17% artacaq ki, bu da 2012-ci ildən bəri ən böyük illik artımdır.

Bununla belə, kəşfiyyat orqanlarının bu maliyyədən qeyri-proporsional pay alacağı, hətta növbəti illərdə daha çox pay alacağı bildirilir. Bu vəsaitin böyük hissəsi ölkə daxilində təhlükəsizliyin təmin edilməsi və potensial müxalifətin yatırılması üçün istifadə olunacaq, lakin casusluqdan tutmuş təxribata qədər, xarici əməliyyatların  da sürətlənəcəyi ehtimal edilir. Keçmiş ФСБ direktoru Patruşev bu yaxınlarda yazdığı kimi: “Vaşinqton üçün dünyada dostlar yoxdur, yalnız öz eqoist maraqları var” o, Rusiyanın işlərinə fəal şəkildə müdaxilə edir. Eynilə, СВР (Xarici Kəşfiyyat İdarəsi) direktoru Narışkin bildirdi ki, “Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri öz Qərb dəyərlərini ixrac etmək cəhdlərindən əl çəkmirlər. Onların  totalitar-liberal dəyərləri dövlətimizin xarici və daxili siyasətində dəyişikliklər edə bilməyəcəklər”.

Bu cür bəyanatlar rusların həqiqi inanclarını əks etdirir və cəmiyyətə  siyasi siqnal verilir. Bu siqnalların sonsuz axını siyasəti formalaşdırır, istiqamətləndirir və görünür, Putinin dünyagörüşünü formalaşdırır.

Problem uzun müddətlidir

Ona görə də Putin administrasiyası hakimiyyətdə olduğu müddətdə fundamental Rusiya siyasətində ciddi dəyişikliklərin olacağı ehtimalı azdır. Təbii ki, Kremlin riskli davranışlarını  danışıqlar və digər tədbirlər məhdudlaşdırma imkanları mövcuddur. Şübhə yoxdur ki, NATO-nun qüvvələr və vasitələr baxımından yeni vəzifələrini nəzərə alsaq, hər hansı birbaşa hərbi qarşıdurma – çox az ehtimal olunur – hətta ən sərt rus millətçiləri üçün də az cəlbedicidir və eyni zamanda dialoq üçün məkan imkanları artır.

Moskvanın dünyanın güc mərkəzlərindən olmaq kimi rəqabət siyasətini dəyişməsi ehtimalı çox azdır. Qərb fəal şəkildə Rusiyanı dünyada böyük dövlət statusundan məhrum etməyə və ölkə daxilində Kremlin mövqelərini sarsıtmağa çalışaçaq. Ona görə də Rusiya öz təhlükəsizliyi qorumaq naminə mübarizə aparmalı olacaqdır.

Bu, hansısa böyük ideoloji və ya normativ mübarizə deyil, amma barışmaz mübarizədir. Çünki Kreml Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan və Moldovanı beynəlxalq hüquqa zidd olaraq öz “nüfuz” dairəsi hesab edir və bu qonşu ölkələr üzərində təxribatlar edərək hegemonluq etmək istəyir.

Münasibətlərin yaxşılaşmasına Rusiyada yeni siyasətçilər nəsli yetişənə qədər zəmanət yoxdur. Çox güman ki, status-kvo hələ ki, olduğu kimi qalacaq.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

 

Alət çubuğuna keç