13 nömrəli məktəbin şagirdləri 10 dekabrda Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Mingəçevir şəhəri A. Noel adına 13 nömrəli tam orta məktəbin V-a sinif şagirdləri Heydər Əliyev Mərkəzində ekskursiyada oldular.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzərək Onun əziz xatirəsini yad etdilər.
Sonra şagirdlər Mərkəzin foyesində Dahi Liderimizin fəaliyyətini əks sərgi ilə tanış olublar, Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Heydər Əliyev Mərkəzinə ekskursiya şagirdlərdə zəngin təəssüratlar yaradıb.

 

Alət çubuğuna keç