Səfər Mehdiyev deputatı “fırıldaqçı” adlandırdı

Azərbaycanda uzun illər məmurlar arasında toqquşmalar, narazılıqlar və buna bənzər çox hallar olub. Və hər dəfəsində bu prosesdə deputatların dab u və ya digər formada iştirakı diqqət çəkib. Bu da həmin deputatların hansısa məmurun dəstəyi ilə mandate sahibi olmasıydı.

JAMAZ.İNFO xəbər verir ki, bir müddət bu proses diqqəti çəkmirdisə, artıq proses yenidən başlayıb. Bu bvarədə isə journalist Cavanşir Həsənli maraqlı nüansları üzə çıxarmaqla yanaş, həm də maraqlı paralellər aparıb.

Cavanşir Həsənli yazır ki, məmurların şəxsi maraqları, “razborkaları”, fırıldaqları sadə vətəndaşların başında çatlayır.  “Dövləti oyuncaq eləyiblər”.

O daha sonra qeyd edir ki, hazırda belə toqquşmalardan biri də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə deputat Elnur Allahverdiyev arasında gedir. O yazır: “Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rüsumsuz idxal limitinin endirilməsi ilə bağlı qərarı Milli Məclisin hansı deputatlarının fırıldaqçılığı ilə izah edib. “Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum.  Əsl səbəbi anlaya bilmirdim.  Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular”.

Söhbət məsələn, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi, deputat Elnur Allahverdiyevdən getmirmi? Ötən ilin avqustunda məlum qərara görə Gömrük Komitəsini parlamentdə yıxıb sürüyənlərdən biri Elnur Allahverdiyev olub. Elnur Allahverdiyev: “Gömrüklə bağlı qəbul edilən dəyişiklik çox ciddi yanlışlıqdır. Əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb. Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq”.

Mənbə:  JAMAZ.İNFO

Alət çubuğuna keç