Azərbaycanla Türkiyə 40 milyon dollarlıq memorandum imzaladı

Azərbaycanla Türkiyə arasında daha bir anlaşma memorandumu imzalanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşım edib.

“Qardaş Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzaladıq.

İqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik”, – nazir bildirib.

 

Alət çubuğuna keç