Fransa prezidentliyinə namizədlər niyə ermənilərə “sevgi” yarışırlarına girişiblər

Dekabrın 22-də Fransanın İl-dö-Frans əyalətinin rəhbəri, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekres Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.

Məsələ burasındadır ki, son bir ayda Fransa prezidentliyinə namizədlərdən üçü artıq Ermənistanı və erməniləri müdafiə edən bəyanatlar verib. İl-de-Frans əyalətinin rəhbəri Valeri Pekres Ermənistana iki günlük səfəri çərçivəsində Dağlıq Qarabağa səfər edib.

İrəvanda o, Prezident Armen Sarkisyan, Parlamentin sədri Alen Simonyan, Xarici İşlər naziri Ararat Mirzoyanla görüşüb, Yeralbur qəbiristanlığında Qarabağ müharibəsində işğalçı ordunun həlak olan hərbçilərin “xatirəsini yad” edib.

Onun Xankəndinə səfərinin proqramı haqqında az şey məlumdur. Amma Valeri Pekress mütləq Qarabağın qondarma “Prezidenti” Araik Aryutunyan və “XİN rəhbəri” David Babayanla görüşəcəyi şübhəsizdir.

Məlumdur olmuşdur ki, Qarabağa prezidentliyə namizəd Valeri Pekressi, senator Bruno Retailo və Fransanın keçmiş Xarici İşlər naziri, keçmiş Avropa komissarı Mişel Barnye müşayiət etmişdir. Adları çəkilən şəxslərin ranqından görünür ki, onlar heç də aşağı səviyyəli diplomatlar deyillər. Və bunlar “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Emmanuil Makronun gözlənilmədiyi halda iki ölkə rəhbəri ilə randevuya nail olmasının təsadüf olmadığını və onun səmimiyyətinin şübhə altına alan məqamlar olduğunun göstəricisidir.

Valeri Pekres əvvəllər də ermənipərəst siyasətçi kimi tanınırdı. O, əvvəllər müxtəlif dövlət vəzifələrində çalışan zaman dörd dəfə İrevanda olub. Böyük ölçüdə xanım Pekresin səyləri nəticəsində onun rəhbərlik etdiyi İl-de-Frans əyalətinin regional şurası ötən il Dağlıq Qarabağın müstəqilliyinin rəsmi tanınmasının zəruriliyi ilə bağlı tarixi qətnamə qəbul etdi. Vilayət rəhbərliyi Qarabağ ermənilərinin ehtiyacları üçün bələdiyyə büdcəsindən xeyli vəsait ayırdı. Prezidentliyə namizəd İrevana və Xankəndinə son səfəri zamanı beynəlxalq ictimaiyyəti Azərbaycana qeyri-qanuni saxlanılan bütün əsirləri azad etməyə məcbur etmək üçün ona təzyiqləri artırmağa çağırıb. O, həmçinin Parisdə Ermənistan və Qarabağa dəstək üçün beynəlxalq konfrans təşkil etmək niyyətini açıqlayıb. Qeyd edək ki, Valeri Pekres təkcə prezidentliyə iddialı olan çoxsaylı namizədlərdən biri deyil. O, inamla seçkiqabağı yarışın favoritləri sırasında yer alır. Vaxtilə Təhsil naziri olmuş İl-de-Frans əyalətinin rəhbəri dekabrın 4-də partiyadaxili praymerizdə inamlı qələbə qazanaraq, növbəti ildə keçiriləcək prezident seçkilərində respublikaçıları təmsil etmək hüququ qazanıb. (Səsvermə aprelin 10-da keçiriləcək.)

Partiyanın qeyri-rəsmi lideri Nikolya Sarkozi ona böyük ümidlər bəsləyir. Və bu boş yerə deyil. Rəy sorğuları Pekressə nəinki seçkilərin ikinci turunda, həm də Yelisey sarayında yer alacağını proqnozlaşdırır. Onun populyarlığı durmadan artır. İki ay əvvələ qədər Valeri Pekresin reytinqi on faiz civarında idi. Amma artıq dekabrın əvvəlində onun dəstəyinin göstəriciləri iki dəfə artıb. BFM TV-nin sifarişi ilə keçirilən sorğuda iştirak edənlərin demək olar ki, yarısı onun namizədliyinə müsbət yanaşır. Fransızların əksəriyyəti onu “dinamik” və “bacarıqlı” hesab edir. Respublikaçı Emmanuel Makronla ikinci tura çıxmaq şansı çox yüksəkdir. Hər şey Valeri Pekresə səslərin kim, hansı namizədlər tərəfindən ötürəcəyindən asılı olacaq. Ona görə də indi çoxları onu Fransanın taleyini həll etməyə qadir siyasətçi kimi qəbul edirlər. Qarabağ münaqişəsinin həllində Fransanın rolunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, onun ermənilərə vəd etdiyi birbaşa dəstək gələcək proseslərə çox pis təsir edə bilər. Bakının narahatçılığı bundadır və separatçılara boşuna ümid verməyin, qızışdırmağın qəti əleyhinədir. Pekress Qarabağa necə gedə bildiyi də maraq doğuran suallardandır. Bu məsələ ilə bağlı bir neçə versiya var. Ancaq bəziləri olduqca gülməli görünür:

  1. Laçın dəhlizinə nəzarət edən rus sülhməramlıları fransalı qonağı müşayiət edən ermənilər tərəfindən azdırılıb. Valeri Pekressə saxta erməni pasportu verilə bilərdi. Sülhməramlılar bu qadının kim olduğunu başa düşə bilməyiblər.
  2. Pekressin təxribatını sülhməramlılardan gizli həyata keçirmək mümkün deyil. Sülhməramlıların rəhbərlərinə səfər barədə məlumat verilib, hətta özləri də bu səfərin təşkilatçıları olublar.
  3. Bu təxribat Putinlə Makron arasında telefon danışığından sonra baş verib. Fransalı müxalifətçinin Qarabağa səfəri Paris və Moskva arasında ən yüksək səviyyədə müzakirə olunub.

Bu 3 ehtimalın sonuncusunu daha doğru hesab etmək olar və belə olan tərzdə Bakı Rusiya sülhməramlılarını əcnəbilərin Qarabağa səfərini məhdudlaşdırmağa məcbur etmək üçün daha da səy göstərməlidir. Belə səfərlər Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sazişi pozur. Rusiya sülhməramlıları əcnəbilərin bu ərazilərə daxil olmasına imkan verməməyi Azərbaycan qəti sürətdə tələb etməlidir..

Çünki, xaricdən və yaxud Fransadan gələn qonaqların Ermənistanla Qarabağ arasında sərbəst hərəkət etməsində bizim üçün yenilik yoxdur. Təkcə son bir il ərzində Fransanın siyasi elitasının onlarla tanınmış nümayəndəsi Xankəndinə həm işgüzar, həm də şəxsi səfərlər çərçivəsində səfər edib.

Fransa Milli Assambleyanın deputatları, senatorlar, Sosialist Partiyasının liderləri, Arnuvil, Sarsel və digər şəhərlərin merləri, bir çox jurnalistlər Qarabağda səfərdə olublar. Sülhməramlı kontingentin komandanlığı onlara mane olmaq fikrində olmayıb, çünki bu, onların “erməniləri qorumaq”, “erməniləri mühafizə etmək”, “erməniləri cəsarətləndirmək”  missiyasına zidd olardı.

Ermənilər “dəhliz” məsələsində riyakarlıq edərək, ötən il noyabrın 9-da verilən üçtərəfli bəyanatda Laçın dəhlizi ilə əcnəbilərin gediş-gəlişinə hər hansı məhdudiyyət qoyulması nəzərdə tutulmur qeyd edirlər. Sənəddə açıq şəkildə göstərilir ki, Azərbaycan “Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir”. Mətndə “vətəndaşlar” ifadəsi ermənilərin Qarabağda yaşayan əhalisini nəzərdə tutur.  Burada əcnəbi vətəndaşlar nəzərdə tutulmur, əcnəbilər gəlmək istəyirlərsə, buyursunlar Azərbaycan qanunvericiliyi hansı qaydada tələb edirsə, o qaydada təşrif buyura bilərlər.

Seçkilərdən əvvəl Fransa “ermənilərinin böyük dostu” Sosialist namizəd, Paris meri Ann Hidalqo da İrəvana səfər edə bilər. İyunda Baş nazir Nikol Paşinyanla görüşü zamanı İdlalqo bəyan etmişdi: “Biz həmişə Ermənistanın yanında olmuşuq və onu dəstəkləməyə davam edəcəyik. Ermənistan üçün bu çətin vəziyyətdə biz aydın mövqe tutmuşuq. Əmin olun, biz Ermənistanı tərk etməyəcəyik və erməni xalqı yalnız qoymayacayıq”…

44 günlük müharibə zamanı Ann Hidalqo Twitter səhifəsində yazıb: “Bu sınaq anında Paris, ermənilərin tərəfindədir”. Onu da əlavə edək ki, Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Ara Toranyanın qızı Anuş Toranyan, Paris meri Ann Hidalqonun müavini təyin edilib.

Seçkilərə az müddət qalmış prezidentliyə əsas namizəd, Fransanın hazırkı rəhbəri Emanuel Makronun da İrəvana “nəzakət” səfəri edəcəyi istisna edilmir. Payızın əvvəlində Fransanın erməni icmasının bir neçə tanınmış nümayəndəsi Makrona açıq məktubla müraciət edərək onu Ermənistana səfərə dəvət ediblər.

Bununla bağlı Fransanın İrəvandakı səfiri Ann Luyo bəyan edib ki, prezident “Ermənistana səfər etməkdən çox şad olacaq, lakin səfərin tarixi hələ müəyyən edilməyib”. Ola bilsin ki, səfər diplomatik münasibətlərin 30-cu ildönümünə təsadüf etsin. (Paris və İrəvan 1992-ci il fevralın 24-də rəsmi əlaqələr qurdular).

Beləliklə, aydın olur ki, qarşıdan gələn seçkiqabağı yarışın dörd favoriti Ermənistanın ən ardıcıl və etibarlı dostu kimi görünmək üçün öz aralarında qarşıdurmaya giriblər.

Bu isə təkcə Fransada yarım milyondan çox erməninin yaşaması ilə bağlı deyil ki, onların mütləq əksəriyyəti fəal seçicilərdir. Prezidentliyə namizədlərin seçicilərə göndərdiyi siqnalın daha bir mühüm hekayəsi var.

Məşhur fransız telejurnalisti Nikolas Puankare “Niyə Ermənistan prezidentlik kampaniyasının mərkəzindədir?” başlıqlı məqaləsində: “Əslində hədəf iki elektoratdır.

  • Birincisi Fransanın Marsel, Lion, Valans və Parisdəki 600 min nəfərə yaxın erməni icmasıdır;
  • İkincisi, Şərqdə xristianların hüquqlarının müdafiəsi məsələsinə həssaslıqla yanaşan fransız katolikləridir.

“Fransa siyasətçilərini erməniləri dəstəkləməyə sövq edən motivlər nə olursa olsun, bir şey aydındır, rəsmi Paris Türkiyə-Azərbaycan tandeminin Ermənistanı təcrid etmək cəhdlərinə qarşı çıxacaq. Və bu konkret məsələdə Minsk qrupunun hər üç həmsədrinin yanaşmaları üst-üstə düşür”yazır.

Fransanın İl-dö-Frans əyalətinin rəhbəri, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekresin Azərbaycan ərazisinə qanunsuz səfəri ilə əlaqədar Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Qarabağdakı Rusiya sülhməramlıları öz missiyalarından kənara çıxırlar

Rus əsgərləri Azərbaycan torpaqlarında sülhün qorunması və möhkəmləndirilməsi üçün dayanır. Lakin Pekress Xankəndinə bir məqsədlə gəlmişdi – müharibəni qızışdırmaq və gələcək separatçılıq əhval-ruhiyyəsini alovlandırmaq. Nə üçün ruslar Fransanın ekstremist siyasətçilərinə müharibə alovunun möcüzəvi şəkildə söndürüldüyü torpaqda yeni düşmənçilik və inamsızlıq atəşi yandırmağa icazə verdilər?

 

Qarabağda Rusiya Sülhməramlı Qüvvələri MDB məkanında millətlərarası münaqişələr zonasında heç vaxt sülhməramlıların səlahiyyətlərinə aid olmayan funksiyaları yerinə yetirir. Rusiya sülhməramlılarının Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgədəki funksiyaları və Qarabağda həyata keçirdikləri fəaliyyətlər arasında böyük fərq var.

Onların əsas fəaliyyətini münaqişə tərəflərini ayırmaq nəzərdə tutmuşdursa onlar, Qarabağda xəstəxanalar tikir, məktəbləri təmir edir, kənd təsərrüfatı texnikasını təmir edir, fermerlərə mineral gübrələrlə kömək edir, qazlaşdırma aparır və s.

Sülhməramlılar qeyri-hərbi vəzifələr yerinə yetirməlidir:

  • hərbi əməliyyatların qarşısının alınmasına kömək etmək,
  • əldə edilmiş razılaşmaların şərtlərinə əməl olunmasına nəzarət etmək və s.

Lakin Qarabağdakı Rusiya Sülhməramlıları sülhməramlı kontingentin bilavasitə missiyasından xeyli kənara çıxırlar.

Qarabağda infrastrukturun yaradılmasını sülhməramlılar deyil, Azərbaycan hökuməti həyata keçirməlidir.

P.S. Fransa Milli Assambleyasının üzvü, Senatın Fransa-Ermənistan Dostluq Qrupunun sədr müavini Valeri Boyer özünün “Twitter” mikrobloqunda Qarabağa səfərlərinə görə Pekres və Retayoya təşəkkür edib.

“Mən Valeri Pekressə və Bruno Retayoya Artsaxa səfərlərinə görə təşəkkür edirəm. Onların əqidəsini alqışlayıram. Bu, ümumi işdir, sivilizasiyamız uğrunda mübarizədir. Onların Azərbaycan tərəfindən öldürülən minlərlə erməni ilə bağlı duyğularını bölüşürəm”, – Boyer yazıb.

Bununla Fransa, nəinki Fransa, istər Rusiya, ABŞ, Avropa və qeyriləri kim olduqlarını: imperialist, qatı radikal xristian təəssübkeşi tərəfdarı, İBLİS  olduqlarını ortaya qoymuş olurlar.

 

Alət çubuğuna keç