Qlobal İmamlar Şurası Uyğurlara Edilən Zülmə Görə Müsəlmanların Pekin Olimpiadasına Getməsini Qadağan Edib.

DÜNYA – 03 yanvar 2022

Qlobal İmamlar Şurası uyğurların zülmünə görə Çinin Pekin şəhərində 2022-ci ildə keçiriləcək Olimpiadaya müsəlmanların getməsinə qadağa qoyub.

“Qlobal İmamlar Şurası müsəlman dünyasının dünyanın ilk və ən böyük transmilli qeyri-hökumət təşkilatıdır, bütün İslam məzhəblərinin və düşüncə məktəblərinin iman liderləridir. Biz məzlum uyğur müsəlmanlarını dəstəkləyirik, onlarla birik. Çin hökuməti zülm, işgəncə və diktatura yolu ilə Çin müsəlmanlarının fundamental hüquqlarını və insan haqlarını pozmaqda davam edir.

Nəcif Müqəddəs İslam Seminariyası və İslam dünyasının görkəmli müftiləri tərəfindən Şuraya verilən səlahiyyətə əsasən, qlobal İmamlar Şurası 2022-ci il Olimpiadasında iştirakın qadağan edilməsinə qərar verib. Bu hadisə bilavasitə uyğurların soyqırımına və etnik təmizləməyə görə məsuliyyət daşıyan tiran və despotik rejimin maraqlarına xidmət edir.

Biz Pekin Oyunlarını boykot edən daha çox təşkilatı alqışlayır və Dünya Uyğur Konqresinə həmrəy olduğumuzu bildiririk. Bundan əlavə, fəlakətlər zamanı müsəlmanlara dəstək verən bir çox dini liderlərə və dini təşkilatlara öz təşəkkürümüzü bildiririk”, – Qlobal İmamlar Şurasının bəyanatında deyilir.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bu sənədə öz imzasını qoyub.

Pekin Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək. Bundan əvvəl ABŞ hakimiyyəti Kanada, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və Slovakiyanın da qoşulduğu müsabiqəni diplomatik boykot elan etmişdi.

Vahidov Qurban. Araşdırmaçı – analitik.

Alət çubuğuna keç