KTMT Tokayevin sülhməramlıların çıxarılması üçün müraciət etmədiyini bildirib

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov “KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması proseduru bu ölkənin rəsmi müraciətindən sonra müəyyənləşəcək”, deyə “İnterfaks”a bildirib.

“KTMT katibliyinə Qazaxıstan tərəfdən hələlik heç bir müraciət daxil olmayıb, lakin Qazaxıstan prezidentinin müvafiq bəyanatından xəbərimiz var”, – o deyib.

Onun sözlərinə görə, belə bir müraciət daxil olan kimi KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərarlarının layihələri hazırlanacaq.

“Onların icrası çərçivəsində Müdafiə Nazirləri Şurası sülhməramlıların çıxarılması prosedurunu müəyyən edəcək”, – Zaynetdinov bildirib.

“Sülhməramlı əməliyyatın nəticələrinə KTMT-nin Müdafiə Nazirləri Şurasının növbədənkənar iclasında baxılacaq”, – Zaynetdinov bildirib.

Yəqin ki, Tokayev özünün necə çətin duruma saldığını artıq anlayacaq. Tokayevin bu gün səhər KTMT-nin “Sülhməramlı” qüvvələrinin çıxarılması barədə səsləndirdiyi fikirlər uğursuz “siyasi” geduişdən başqa bir şey deyildir. KTMT-də özlərini siyasi “defolta” saldıqlarının fərqindədirlər.

Belə ki, Türk Dövlətləri Təşkilatının yanvar ayının 11-nə Qazaxstanda vəziyyət ilə bağlı keçirəcəyi toplantı ilə bağlı qərarından sonra, KTMT yanvar ayının 10-da toplantısını keçirdi. Toplantıda KTMT “Sülhməramlı” (həqiqətdə isə cəlb olunanlar əsasən Rusiya Hava Desant Qoşunları olub) qüvvələrin qoyulmuş tapşırığın “uğur” yerinə yetirməsindən danışılıb və hətta hazırki, KTMT sədri Ermənistan rəhbəri Paşinyan  Azərbaycanı “terrorçu” dövlət adlandırıb.

Tokayevin söylədiklərini bü çür dəyərləndirmək olar:

  1. TDT-nın xalq etirazı başlayan gündən qardaş qazax xalqına təklif edilən yardım təklifindən sonra Qazaxstan Xarici İşlər naziri vaxt istəmişdir. Ancaq təəssüflər olsun ki, Tokayev bu “vaxtdan” istifadə edərək, dövlətinə xəyanət edərək KTMT işğalçı qüvvələrini ölkəyə dəvət etdi.
  2. Tokayev Qazaxstanda 20 min “terrorçunun” olduğu barədə rəsmi məlumat verdi və bir “terrorçunun” cəsədini olsa belə nümayiş etdirə bilmədi.
  3. KTMT işğalçı qoşunlarına qazax xalqı böyük dirəniş göstərdi və TDT pərdəarxası arxası diplomatik danışıqlarda  düşünmədən qoşun yeridə biləcəkləri barədə xəbərdarlıq etdilər.
  4. Tokayev yanlış qərar verdiyini TDT və xalqı qarşısında az da olsa imicini qaldırmaq üçün iki gün sonra “Sülhməramlı” qüvvələrin çıxacağı barədə rəsmi məlumat verdi.

Rusiya tərəfinin verdiyi açıqlamalardan aydın olur ki, Tokayev bunu KTMT ilə razılaşdırmayıb və qoşunların çıxarılması KTMT Müdafiə Nazirləri Şurası səviyyəsində həll olunacaqdır. Bu da diplomatik  dil ilə söyləsək: “Tokayevin nəyin deməsindən asılı olmayaraq, qoşunların nə zaman çıxacağını biz müəyyən edəcəyik”. Bax belə cənab Tokayev, xalqına xəyanət edənin sonluğu budur. Rusiya oradan çıxmayacağını sənə üstüörtülü bildirdi. İndi TDT öz siyasi oyunlarına salıb münaqişə tərəfimi etmək istəyirsən?.

Tokayev siyasi “meyit” olduğunu və gələcəyinin şübhə altında olduğunun da fərqindədir.

Son olaraq qeyd edək ki, Rusiya Müdafiə Naziri Şoyqu da Tokayevi təkzib etdi. Şoyqu bildirib ki: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri Qazaxıstandakı missiyasını yalnız vəziyyət tam stabilləşdikdən sonra tərk edəcək”

Vahidov Qurban. Araşdırmaçı – analitik

Alət çubuğuna keç